Icma.az
close
up
RU
ABŞ üçün qorxunc ssenari: Mask ölkənin “vuran əli”ni qıcıqlandırdı: Trampın sonu…

ABŞ üçün qorxunc ssenari: Mask ölkənin “vuran əli”ni qıcıqlandırdı: Trampın sonu…

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Hökumətinin Effektivlik Departamentinin (DOGE) rəhbəri İlon Maskın Pentaqonu hədəf alan açıqlaması ölkədə rezonans doğurub. Belə ki, o, ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarının “The New York Times” (NYT) nəşrinə qəsdən yalan məlumat sızdırdığını deyib.

Sitat: “Pentaqon əməkdaşlarına qarşı məhkəmə prosesini səbirsizliklə gözləyirəm, çünki onlar NYT-yə qəsdən yalan məlumatlar sızdırıblar. Hamısı üzə çıxarılacaq”.

Bildirilir ki, milyarder dövlətin hərbi strukturlarını birbaşa ittiham etməklə riskli mövqe sərgiləyib.

Bu, ABŞ daxilində parçalanmaya səbəb ola bilərmi? Pentaqon əməkdaşlarının həbsinə çağırış Tramp hakimiyyətinə nə vəd edir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Pentaqon ölkənin “vuran əli”dir:

“Əsas problem Pentaqonun Çinlə müharibə planını Maska təqdim edəcəyi barədə məlumatın ortaya çıxması ilə başladı. ABŞ Prezidenti Donald Tramp və iş adamı yeni müharibə hazırlıqları istiqamətində iddiaları əsassız adlandırdılar. Mask irəli gedərək pis niyyətlə yalan məlumat yayanların mühakiməsinə çağırdı. Bu, Pentaqonu gözdən salmaq üçün edilən manevrdir yoxsa həqiqətən baş verən hadisə?! Digər tərəfdən, iş adamı ardınca müdafiə naziri Pit Heqsetlə görüşdü. Çinlə hərbi sahədə qarşıdurma ilə bağlı heç bir müzakirə aparılmadan müdafiə əməliyyatlarında yenilik və səmərəliyin diqqət mərkəzində olduğu bildirildi”.

Əlimusa İbrahimov

Politoloq qeyd edib ki, amerikalı milyarder Müdafiə Nazirliyi ilə çoxsaylı müqavilələr bağlayıb:

“Tənqidçilər iddia edirlər ki, Maskın hökumət daxilində əhəmiyyətli təsiri və onun özəl sektor maraqları birləşərək, dövlət siyasəti ilə şəxsi mənfəət arasındakı sərhədləri poza bilər. Bu ssenari milli təhlükəsizlik üçün potensial risklər yaradır. Bundan əlavə, Maskın son çağırışı, icazəsiz açıqlamaların qarşısını almaq üçün şirkətlərində işlətdiyi strategiyaları əks etdirir. Nəticədə onun özəl sahibkar və hökumət müşaviri kimi ikili rollarının mürəkkəbliyi ortaya çıxır”.

Ə.İbrahimovun sözlərinə görə, Pentaqonla bağlı çıxışların ABŞ-da parçalanmaya səbəb olacağı da proqnozlaşdırılır:

“Bu, Tramp administrasiyası barədə mənfi rəyin formalaşması ilə də nəticələnə bilər. Çünki Pentaqon onların hədəfinə tuş gələn yeganə dövlət təşkilatı deyil, növbəti qurumdur. Ağ Ev sahibi artıq ABŞ Təhsil Nazirliyinin ləğv olunması barədə göstəriş verib. Təbii ki, Maskın təşəbbüsləri Pentaqonun ləğvi ilə nəticələnməsə də, fəaliyyətində ciddi dönüşə səbəb olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Mart 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri