Icma.az
close
up
RU
ABŞ Ukraynada kimi hakimiyyətə gətirir?

ABŞ Ukraynada kimi hakimiyyətə gətirir?

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


ABŞ Prezidenti Donald Trampın nümayəndələri Vladimir Zelenskinin bir sıra siyasi rəqibləri ilə gizli danışıqlara başlayıb.
Bu barədə martın 6-da “Politico” nəşri məlumat yayıb. Görüşlərdə iştirak edənlər arasında Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və bu ölkənin keçmiş prezidenti Petro Poroşenko ilə əlaqəsi olan “Avropa Həmrəyliyi” partiyasının əsas nümayəndələri olub. Görüşün əsas məqsədi Ukrayanda yeni seçkilərin keçirilməsini təmin etmək və ABŞ - yə əlverişli namizədi müəyyən edərək ona dəstək verməkdir. Hələ ki Tramp admiatirasiyası Ukrayna müxalifətinin birləşməsinə çalışır. Bu onlara iki məqsəd üçün lazımdır. İlk növbədə birləşmiş müxalifət vasitəsi ilə Zelinski hökumətinə təzyiq mexanizmini gücləndirmək. Birləşmiş müxalifət istər Ali Rada, istərsə də kənarda hökumətin işini çətinləşdirə bilər.
İkinci vacib məsələ isə müxalifətin seçkilərə vahid namizədlə getməsini təmin etməkdir. Bu hal ABŞ - yə istədiyi namizədi Ukraynanın başına keçirmək imkanı verəcək. Hazırda Ukraynada prezidentlik yarışında Zelinskinin potensial rəqibi olaraq ordunun keçmiş baş komandanı, general Valeri Zalujni hesab edilir. Hazırda ölkəsinin Böyük Britaniyadakı səfiri olan Zalujni prezident Zelinski ilə arasında yaranan fikir ayrılığına görə vəzifəsindən uzaqlaşdırılmışdı. Valeri Zalujni müharibə dövründə tətbiq etdiyi hərbi fəndlərlə xalq arasında yüksək nüfuz qazanıb. Zalujnin nüfuzu güclü olsa da ABŞ - də onun Zelinskini əvəz etməsinə çox da isti baxmırlar. İlk növbədə ona görə ki, keçmiş komandan Rusiyaya qarşı vuruşmuş şəxsdir və heç də təslim olmaq tərəfdarı deyil. Onun Rusiyaya qarşı mövqeyi kifayət qədər sərtdir.
İkinci məsələ isə Zalujnin hərbiçi olması, heç vaxt siyasi fəaliyyətlə məşğul olmamasıdır. Bu debatlarda ona ciddi problem yarada bilər. Nəzərə alaq ki, Ukraynada seçkilərin taleyini həll edən əsas fakt məhz seçki dövründə namizədlər arasında keçirilən gərgin debatlardır. Buna görə də ABŞ keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko üzərindən seçim etməyə çalışır. Hazırda həm Poroşenkonun, həm də Tımaşenkonun nüfuzu Zelinskidən aşağıdır. Qərb bir dəfə Tımaşenkonun əli ilə Ukraynada inqlab edə bilib. 2004 - cü ilin sonlarında Kiyevdə baş tutan " Narıncı inqilab " əsas liderlərindən məhz xanım Tımaşenko idi. O, baş nazir olduğu dövrdə də Qərblə əməkdaşlığı yüksək səviyyədə tutması ilə yadda qaldı. Ancaq nəzərə alaq ki, Rusiya ilə Ukraynada arasında əldə edilmiş təbii qaz anlaşmasının əsas memarı da məhz Yuliya Timoşenkodur. Onun Rusiya danışıqlarda Moskva və Vaşinqtonun istəklərini yerinə yetirməsi ehtimalı böyükdür. Keçmiş prezident Poroşenkonun da yenidən ölkə rəhbərliyənə gəlməsi güclü ehtimaldır. Ancaq keçmiş prezident həm müharibədən əvvəl, həm də müharibə sonrası Rusiyaya qarşı sərt mövqe ilə seçilirdi. Nəzərə alaq ki, Poroşenko Maydan hadisələrindən sonra hakimiyyətə gəlmişdi, bu baxımdan onun namizədliyi bir qədər müzakirəli görünür. ABŞ Ukraynada hakimiyyəti dəyişmək üçün ilk növbədə hərbi vəziyyətin ləğvinə nail olmalıdır. Bunun üçün isə müharibənin dayandırılması vacibdir. Bu onu deməyə əsas verir ki, atəşkəs müqaviləsini elə Zelinski ilə imzalamalı olacaqlar.
Zeynal Əmrəliyev, politoloq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Mart 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri