Icma.az
close
up
RU
ABŞ Ukraynada sülh müqabilində Rusiyaya kosmik proqrama qatılmağı təklif etmək istəyir The Hill

ABŞ Ukraynada sülh müqabilində Rusiyaya kosmik proqrama qatılmağı təklif etmək istəyir The Hill

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rusiyaya seçim təqdim ediləcək: bir tərəfdə müharibə və dağıntı, digər tərəfdə isə sülh və rifah..."

ABŞ Rusiyaya "rədd edilə bilməyəcək bir təklif" etmək istəyir.

Moderator.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, ABŞ Rusiyanın "Artemida" proqramında iştirakı və Amerika texnologiyalarına çıxış imkanı qarşılığında Moskvaya sülh sazişi imzalamağa motivasiya edəcəyinə ümid edir.

Rusiyanın kosmik proqramla bağlı böyük ambisiyaları var. Onlar 2030-cu ildə Beynəlxalq Kosmik Stansiyanın istismar müddəti bitdikdən sonra onun Rusiya seqmentini əvəz edəcək yeni kosmik stansiya inşa etməyi planlaşdırır. Eyni zamanda, Çinlə nüvə reaktoru əsasında Ay bazasının qurulması layihəsində əməkdaşlıq edir.

Bu kontekstdə belə bir sual yaranır: Rusiya bu və digər iddialı layihələri həyata keçirməyə qadir olacaqmı? Xarici Siyasət Araşdırmaları İnstitutu bu yaxınlarda bu mövzuda bəzi şübhələr doğuran nəticəyə gəlib. İnstitut bildirir ki, "bir çox amillər Rusiyanın kosmik proqramını davamlı inkişaf etdirməsini qeyri-mümkün edib".

Problemlər arasında "sanksiyalar, müasir sənaye avadanlıqlarına embarqo, işçi qüvvəsi çatışmazlığı, çoxsaylı layihələrə baxmayaraq məhdud maliyyə resursları, Qərb tərəfdaşları ilə kosmik əməkdaşlığın dayandırılması (Beynəlxalq Kosmik Stansiyadakı əməliyyatlar istisna olmaqla) və Rusiyanın müvafiq kosmik sənayesinin iqtisadi səmərəsizliyi" qeyd olunur.

Məqalədə vurğulanır ki, hazırkı durğunluq 2014-cü ildə, Rusiya Krımı özünə birləşdirəndə başlayıb və 2022-ci ildə qonşu ölkəyə qoşun yeridəndə daha da dərinləşib. Əslində isə Rusiyanın kosmik proqramı SSRİ-nin süqutundan sonra dəyişib, tənəzzül isə 1966-cı ildə, Sovet kosmik proqramının banisi və taleyin istehzası ilə ukraynalı olan Sergey Korolyovun ölümündən sonra başlayıb. Onun ölümündən üç il sonra Sovetlər Ay yarışını uduzub.

"Ars Technica" portalı Rusiya kosmik proqramının tənəzzülünün başqa bir əlamətini qeyd edir. Ruslar bu yaxınlarda R-7 raketdaşıyıcılarının 2000-ci buraxılışını həyata keçirib. R-7 ilk Sovet qitələrarası ballistik raketi olub və onu da məhz Korolyov hazırlayıb. 1957-ci ildə bu raketlə ilk peyk orbitə buraxılıb, təkmilləşdirilmiş versiyasının köməyilə  Yuri Qaqarini kosmosa göndərib. O vaxtdan bəri Rusiya R-7 raketinin müxtəlif modifikasiyalarını istifadə edir.

Rusiya raket texnologiyasının inkişafının dayanması fonunda ABŞ daha çox "SpaceX" və "Rocket Lab" şirkətlərinin "qiymət-keyfiyyət" nisbəti baxımından optimal raketdaşıyıcılarına güvənir. "Blue Origin" şirkətinin "New Glenn" raketi sınaq mərhələsindədir, "SpaceX"-in "Starship" layihəsi isə hələlik hazırlanma mərhələsindədir.

Bununla belə, Rusiya itirdiyi kosmik şöhrətinin bir hissəsini bərpa edə bilər. NASA ilə Beynəlxalq Kosmik Stansiyanın yaradılmasında əməkdaşlıq hər iki tərəf üçün faydalı olub: ABŞ kosmik stansiyaya maliyyə ayırılması üçün yetərli sayda konqresmeni razı salmaq imkanı əldə edib, Rusiya isə "Mir" stansiyasının istismar müddəti bitdikdən sonra öz kosmonavtlarını orbitdə saxlamaq imkanı qazanıb.

Moskva Aya və Marsa səfəri əhatə edən "Artemida" proqramında iştirak edə bilər. Ancaq Rusiya prezidenti Vladimir Putin başqa prioritetlər seçərək uğursuz qərarlar qəbul edib. Ukraynada müharibəyə xərclənən pullar kosmik proqramın dəstəklənməsinə yönəldilə bilərdi. Bundan əlavə, Ukrayna münaqişəsindən uzaqlaşmaq üçün Rusiyanı ixtisaslı mühəndislər və alimlər tərk edir.

Həmçinin, Qərb sanksiyaları da unudulmamalıdır. Trampın yenidən prezident seçilməsi ilə bu sanksiyalar, şübhəsiz ki, güclənəcək. Bu vəziyyət Ukraynadakı münaqişəni sona çatdırmaq vədini yerinə yetirmək istəyən ABŞ-ın yeni seçilmiş prezidentinə unikal imkanlar yaradır. O, Putinə "rədd edilə bilməyəcək bir təklif" edə bilər.

Söhbət "Artemida" proqramında iştirak müqabilində Kiyevlə sülh sazişi bağlamaqdan gedir. ABŞ-ın yeni prezidenti Rusiyanın Beynəlxalq Kosmik Stansiyada əməkdaşlıq nəticəsində uğur qazandığını vurğulaya bilər. Əgər Putin sülhə razılıq versə, Rusiya yaxın gələcəkdə Aya kosmonavt göndərə bilər,

bu, SSRİ-nin 1960-cı illərdə əldə edə bilmədiyi bir hədəfdir. Rusiya Amerika texnologiyalarına və "SpaceX" kimi kommersiya təminatçılarına çıxış əldə edəcək.

Eyni zamanda, Kreml müvafiq müqavilələri imzalamalı və kosmosun dinc tədqiqatı və iqtisadi mənimsənilməsinə dair öhdəliklər götürmüş ölkələrin artan birliyinə qoşulmalıdır. Bonus olaraq Rusiya ilə Çin arasındakı yeni yaranmaqda olan kosmik alyans dağılacaq və bu, Çinin təcrid olunmasına gətirib çıxaracaq.

Rusiyaya seçim təqdim ediləcək: bir tərəfdə müharibə və dağıntı, digər tərəfdə isə sülh və rifah. Ümid edək ki, bu dəfə Rusiya müdrik bir seçim edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri