ABŞ Ukraynanı hədələyib KİV
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb.
Nəşrin məlumatına görə, cümə günü Mayamidə Ukrayna nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə təxminən səkkiz saatlıq görüş keçirib. Tərəflər Rusiyanı müharibəni dayandırmağa inandırmağın mümkün yollarını müzakirə etməyi planlaşdırıblar, lakin vəziyyətlə tanış olan üç mənbənin məlumatına görə, danışıqlar pozulub.
FT yazıb ki, Kiyev Vaşinqtonun Rusiya neft emalı müəssisələrinə zərbələri dayandırmaq tələbini yerinə yetirməsə, Trampın məsləhətçiləri Stiv Uitkoff və Cared Kuşner kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırıla biləcəyi barədə Ukrayna tərəfinə xəbərdarlıq ediblər.
Nəşr vəziyyətin gərginləşməsini ABŞ-nin Rusiya yanacağına qoyulmuş məhdudiyyətləri aradan qaldırmaq qərarı ilə əlaqələndirib.
Eyni zamanda, yüksək vəzifəli Ukrayna rəsmisi bildirib ki, Kiyev Rusiya neft emalı müəssisələrinə hücumları davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti şənbə gününə planlaşdırılan danışıqların ikinci raundundan imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 10 Oktyabr 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















