ABŞ və Avropa Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı iki sənəd barədə razılığa gəlib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 dekabr, AZƏRTAC
ABŞ və Avropanın Kiyev üçün təhlükəsizlik zəmanətləri Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini, ölkə ərazisində Avropa qüvvələrinin yerləşdirilməsini və ABŞ kəşfiyyatı tərəfindən vəziyyətin izlənilməsini nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, bu həftə Berlində keçirilən danışıqlar zamanı tərəflər səkkiz saatdan çox davam edən müzakirələrdən sonra təhlükəsizlik tədbirləri ilə bağlı iki sənəd barədə razılığa gəliblər.
Birinci sənəd Ukraynanın təhlükəsizliyinin təmin edilməsi üçün ümumi prinsipləri müəyyən edir və NATO Nizamnaməsinin 5-ci maddəsindəki zəmanətlərə bənzər öhdəlikləri nəzərdə tutur. İkinci sənəddə isə ABŞ və Avropa qüvvələrinin Ukrayna ordusu ilə qarşılıqlı əlaqələri barədə daha ətraflı müddəalar yer alır. Nəşrin məlumatına görə, əsas prioritet Ukrayna Silahlı Qüvvələrinin sayını 800 min nəfərə çatdırmaqdır.
Buna baxmayaraq, Ukrayna ərazisində hansı ölkələrin qoşunlarının yerləşdirəcəyi barədə məlumat verilmir.
Qeyd edək ki, sənədlərin heç biri hələ ictimaiyyətə açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 17 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















