ABŞ və Avropa Kiyevə təhlükəsizlik zəmanətləri barədə razılığa gəliblər
Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerika Birləşmiş Ştatları və Avropa ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə ümumi razılığa gəliblər ki, bu da sülh prosesinin əsas tələbidir. Oxuməni.az-ın "Deutsche Welle"yə istinadla verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Çərşənbə günü Senatda keçirilən dinləmələrdə o, əsasən Fransa və Britaniya Avropa qoşunlarının məhdud kontingentinin yerləşdirilməsindən və Amerika təhlükəsizlik zəmanətlərindən söhbət getdiyini qeyd edib.
Amerika xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, son onilliklərdə müdafiəyə az sərmayə qoyulduğuna görə Avropalılar Vaşinqtonun dəstəyi olmadan belə tədbirləri həyata keçirə bilməyəcəklər.
Onun sözlərinə görə, yalnız Ukraynanın şərqindəki ərazilərlə bağlı bir məsələ həll olunmamış qalır. "Mən bilirəm ki, bu məsələdə hər iki tərəfin baxışlarının yaxınlaşdırılması imkanlarını müəyyənləşdirmək üçün fəal işlər gedir. Bu, hələ keçilməli olan bir körpüdür", - deyə Marko Rubio əlavə edib və bu məsələnin, xüsusən Ukrayna üçün "çox çətin" olacağını qeyd edib.
ABŞ dövlət katibi həmçinin bildirib ki, fevralın 1-də Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək danışıqlarda Vaşinqton nümayəndə heyəti də iştirak edəcək, lakin prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin görüşdə iştirak etməyəcəyi ehtimal olunur.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 Yanvar 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















