Icma.az
close
up
RU
ABŞ və Avropa ölkələri Türkiyə ilə toqquşmaq istəmirsə, Kipr adasının Rum tərəfini silahlandırmasın

ABŞ və Avropa ölkələri Türkiyə ilə toqquşmaq istəmirsə, Kipr adasının Rum tərəfini silahlandırmasın

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“ABŞ-ın keçmiş prezidenti Co Bayden gedərayaq Cənubi Kipr Rum Administrasiyasına 1961-ci il Xarici Yardım Aktına uyğun olaraq ABŞ-dan “müdafiə materialları və xidmətləri” almasına icazə verən fərman verdi. Ağ Evin mövzu ilə bağlı verdiyi açıqlamada, "Müdafiə materialları və xidmətlərinin (Cənubi Kipr Rum Administrasiyasına) təmin edilməsi ABŞ-ın təhlükəsizliyini gücləndirəcək və dünya sülhünü dəstəkləyəcək" ifadələri yer alıb. Artıq prezident Trampdır və onun verəcəyi qərarlar heç də Bayden siyasəti ilə üst üstə düşmür”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud bildirib ki, keçmiş ABŞ administrasiyasının Kipr adasının rum tərəfini silahlandırması son dərəcə yanlış idi.

Kərəm Qarabulud

“Bütün dünya bilir ki, Kipr adası keçmişdə türklərin nəzarətində olub. Adada 1974-cü il Sülh Hərəkatı zamanı zülmə məruz qalan türklərin yaşamaq hüququ qorundu. Yenə Türkiyə tərəfi Annan planını qəbul etsə də, yunan tərəfi onu rədd etdi. Buna baxmayaraq, Avropa ölkələrinin əksəriyyətinin, xüsusilə ABŞ-ın yunanlara imtiyazlı münasibət göstərməsi qəbuledilməzdir”-deyən Kərəm Qarabulud qeyd edib ki, Türkiyə NATO üzvü olsa da, yunanların türklərə qarşı silahlandırılması istiqamətində atılan hər hansı addım yanlışdır və heç bir nəticə verməyəcək.

Professor vurğulayıb ki, yeni administrasiya bütün bu səhvləri düzəltmək üçün düzəldici bir mövqe tutsa, adada sülh hökm sürəcək və ABŞ-ın, eləcə də Avropa ölkələrinin Türkiyə kimi böyük bir ölkə ilə maraq toqquşması olmayacaq.

Kərəm Qarabulud hesab edir ki, ABŞ-ın yeni administrasiyası bütün bunları başa düşəcək və iki NATO üzvü olan Türkiyə və Yunanıstana eyni münasibət göstərəcək, əks halda ABŞ-ın bölgədəki bütün maraqları zədələnəcək.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri