ABŞ və HƏMAS yaxın vaxtlarda Qəzzada atəşkəs barədə razılığa gələ bilər
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ nümayəndələri və HƏMAS hərəkatı arasında Qətərdə aparılan danışıqların nəticəsi olaraq yaxın vaxtlarda Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılaşma əldə edilə bilər.
“Report” xəbər verir ki, bu barədə “The National” qəzeti yazıb.
Mənbələrin məlumatına görə, ABŞ prezidentinin girovlar üzrə xüsusi nümayəndəsi Adam Bolerin başçılıq etdiyi nümayəndə heyəti bazar günü Dohada HƏMAS nümayəndələri ilə görüş keçirib. Görüşdə razılaşmanın əldə edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib.
Sazişin bağlanması barədə "bir gün və ya bir neçə saat ərzində" elan edilə bilər. Potensial saziş HƏMAS-ın altı girovu azad etməsi müqabilində İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsindən sonra 21 günlük atəşkəsi, həmçinin humanitar yardımın anklava çatdırılmasının bərpasını təmin etməyi nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 May 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















