ABŞ və İran arasında danışıqlar iyunun 5 də baş tuta bilər
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu iyunun 5-də keçirilə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, ABŞ və İran arasında münaqişənin tənzimlənməsinə dair ilkin razılaşma qarşılıqlı anlaşma memorandumundan ibarətdir və onun imzalanmasından sonra "yekun məsələlər üzrə danışıqlar aparılacaq". Mənbələr dəqiqləşdirir ki, İran və ABŞ arasındakı potensial ilkin saziş "İslamabad bəyannaməsi" adlanacaq. Onların məlumatına görə, danışıqlar prosesində əsas vasitəçi olan Pakistan memorandumu əsas tərəflərin iştirakı olmadan elan edə bilər. Vaşinqton və Tehran isə "yekun saziş üzrə danışıqlar başlayanda" öz nümayəndə heyətlərinin rəhbərlərini göndərəcəklər.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 May 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















