ABŞ və İranın bu atəşkəsə ehtiyacı var Siyasi şərhçi
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ və İran arasında danışıqların başlaması, irəli sürülən şərtlərin İran tərəfindən diktə olunan kimi təəssürat yaratması əslində normal hal kimi görünmür".
Bu fikirləri Redaktor.az-a siyasi şərhçi Azər Qasımov İranın ABŞ Prezidenti Donald Trampın atəşkəs təklifini qəbul etməsindən danışarkən bildirdi.
"Danışığa başlanması onu göstərir ki, ABŞ Prezidenti Donald Trampın iddia etdiyi kimi İranı daş dövrünə qaytaracağı hücumun son məqamında baş tutmaması, tərəflərin burada böyük çəkinmələrinin olduğunu göstərdi. İki tərəf də bunu istəmirdi. Çünki nəticələri iki tərəf üçün ağır olacaqdı və geri dönüşü olmayan proseslərə start verəcəkdi. Amma hər hansı səbəbdən olursa-olsun, bu yaxşı haldır. Ümid etmək olar ki, bu, atəşkəs uzunmüddətli sülhlə nəticələnəcək. Taktiki olaraq hər iki tərəfin bu atəşkəsə ehtiyacı var. Daimi sülh üçün vəziyyətin ümidverici olmadığı qənaətində olsam da, ümid edirəm ki, regiona birdəfəlik sülh gələcək".
Aytəkin TOFİQQIZI
Baxış sayı:117
Bu xəbər 08 Aprel 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















