ABŞ və İsrail Bəndər Xamirdəki sement zavoduna zərbə endirib
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ və İsrail pilotsuz uçuş aparatları ilə İranın cənubunda, Hörmüzqan əyalətində yerləşən Bəndər-Xəmirdəki sement zavoduna zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, tələfat yoxdur, zavodda istehsal isə davam edir.
Daha əvvəl ABŞ və İsrail İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr limanındakı xüsusi neft-kimya zonasının ərazisinə zərbələr endirib. Məlumata görə, üç güclü zərbə olub və partlayış baş verib, dəymiş ziyanın miqyası hələlik məlum deyil.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 04 Aprel 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















