ABŞ və Rusiya Krım və Donbasla bağlı RAZILAŞA BİLƏR
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ və Rusiya Ukraynadakı müharibənin dondurulmasını nəzərdə tutan mümkün razılaşma üzərində işləyir.
Globalinfo.az xəbər verir ki, bu saziş gələn həftə keçiriləcək Tramp-Putin sammitində təqdim oluna bilər.
Razılaşmaya əsasən, Rusiya tərəfindən işğal edilmiş Krım və bütün Donbasın Moskvanın nəzarətində qalması rəsmən tanına bilər. Bunun üçün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan Luqansk və Donetsk vilayətlərindən qoşunlarını çəkməli olacaq.
Əvəzində, Rusiya Xerson və Zaporojye vilayətlərindəki mövcud cəbhə xətti üzrə hücum əməliyyatlarını dayandıracaq.
Bu razılaşma müharibənin faktiki olaraq dondurulması və texniki sülh danışıqlarına yol açılması anlamına gələcək.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 08 Avqust 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















