Icma.az
close
up
RU
ABŞ və Rusiya Pekində nə axtarır? Si Cinpinə yönələn kritik xahişlər

ABŞ və Rusiya Pekində nə axtarır? Si Cinpinə yönələn kritik xahişlər

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi qısa zaman kəsiyində həm ABŞ, həm də Rusiya liderləri Çinə səfər etdi. Ekspertlər dünyanın iki ən böyük geosiyasi güc mərkəzinin diqqətinin eyni vaxtda Çinə yönəlməsini təsadüfi saymır. Qeyd olunur ki, bu səfərlər bir tərəfdən beynəlxalq münasibətlər sistemində dəyişən balansı nümayiş etdirirsə, digər tərəfdən yüksək texnologiyalar, ticarət, enerji və təhlükəsizlik məsələləri ətrafında gedən qlobal rəqabətin daha da sərtləşdiyini ortaya qoyur.

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin Pekində müzakirə etdikləri mövzular fərqli olsa da, hər birinin çinli həmkarı Si Cinpindən xahişləri olub:

"Si Cinpin bu xahişlərin qir qismini yerinə yetirəcəyini vəd etsə də, digərlərinin həllini sonraya saxladı. İndi növbə Çinə çatıb. Bu ölkənin xarici işlər naziri Van İnin ABŞ və Kanadaya səfərləri başlayıb. Məqsəd Çinin bu iki ölkə ilə münasibətlərini möhkəmləndirmək və Çin lideri Si Cinpinin ABŞ və Kanadaya gələcək səfərlərini təşkil etməkdir. Van İ liderinin ABŞ və Kanadaya səfəri zamanı müzakirə etmək istədiyi mövzuları indidən tərəfdaşlarını çatdırır".

Politoloq Kanadanın Çinlə bağlı narahatlığından da danışıb:

"Van İnin Kanadaya səfərindən bir gün əvvəl Monreal Qlobal Təhlükəsizlik İnstitutunun hesabatı dərc olunub. Həmin hesabatda kanadalı tədqiqatçılar Pekinin texnolgoiyalar sahəsində irəli çıxdığını və bununla mübarizə aparmaq aparmaq üçün “böyük yeddilər”in daha koordinasiyalı hərəkət etməsi vacibliyini göstəriblər.  

Kanadalı tədqiqatçılar Çinin Qərbin texnologiyalarını əldə etmək üçün müxtəlif üsulllardan istifadə etdiyini də yazıblar. Bu səbəbdən Kanadanın xarici işlər naziri Anita Anandın çinli həmrarıyla bu mövzunu da müzakirə edəcəyi mümkündür. Bundan başqa xarici işlər nazirlərinin iki ölkə arasında ticarət, investisiya və qlobal təhlükəsizliyi müzakirə etmələri gözlənilir.
Yanvar ayında Kanadanın baş naziri Mark Karni Çinə səfər edərək bu ölkənin lideri Si Cinpinlə görüşmüşdü. Mark Karninin səfəri Ottava ilə Pekin arasında təxminən 10 il davam edən gərgin münasibətlərdən sonra baş tutmuşdu. Kanada-Çin münasibətləri 2018-ci ildə “Huawei” şirkətinin yüksək vəzifəli rəhbərinin Kanadada həbs edilməsindən sonra ən aşağı səviyyəyə enmişdi. İki ölkə münasibətlərin yeni səviyyəyə qaldırmağa çalışır. Buna baxmayaraq, texnologiyaların oğurlanması və insan haqları mövzusunda fikir ayrılığı qalır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 May 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri