ABŞ və Rusiya vurulması qadağan edilən hədəflərin siyahısı ilə bağlı razılığa gəliblər
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya prezident administrasiyası Rusiya və Ukraynada enerji sisteminə hücumlara müvəqqəti moratoriumun tətbiq olunduğu “Rusiya və Amerika tərəfləri arasında razılaşdırılmış” obyektlərin siyahısını dərc edib.
Siyahıya daxildir:
neft emalı zavodları;
neft kəmərləri, qaz kəmərləri və anbar qurğuları, o cümlədən nasos stansiyaları;
elektrik stansiyaları, yarımstansiyalar, transformatorlar və paylayıcılar daxil olmaqla elektrik enerjisinin istehsalı və ötürülməsi infrastrukturu;
nüvə elektrik stansiyaları;
su elektrik stansiya bəndləri.
Kremlin bəyanatında deyilir ki, müvəqqəti moratorium “18 mart 2025-ci ildən başlayaraq 30 gün müddətində qüvvədə olacaq” və tərəflər razılaşarsa, uzadıla bilər.
“Tərəflərdən biri moratoriumu pozarsa, digər tərəf özünü ona riayət etmək öhdəliyindən azad hesab etmək hüququna malikdir”, - Kreml bəyan edib.
Siyahı dərc edilməzdən əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, “Rusiya və Amerika tərəfləri mövcud əlaqələr çərçivəsində müsbət, konstruktiv şəkildə işləməyə davam edirlər”.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 26 Mart 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















