Icma.az
close
up
RU
ABŞ və Türkiyə Azərbaycan Ermənistan sülhünü dəstəkləyir

ABŞ və Türkiyə Azərbaycan Ermənistan sülhünü dəstəkləyir

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Türkiyə və ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 21-də Nyu-Yorkda keçirilən “Türkiyə-ABŞ münasibətlərinin 100-cü ilinə doğru” panelində çıxışı zamanı bildirib.

Fidan deyib ki, Ankara və Vaşinqton regional və qlobal məsələlərdə əməkdaşlıq edir. Bu əməkdaşlığın Yaxın Şərqdən Qafqaza və Balkanlara qədər müxtəlif istiqamətləri əhatə etdiyini vurğulayan nazir Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesinə də toxunub.

“Qafqazda Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik”, – Fidan bildirib.

Türkiyənin xarici işlər naziri eyni zamanda Qara dənizdə gərginliyin eskalasiyası risklərinin azaldılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Ankara və Vaşinqton Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunmasını və regionun problem mənbəyindən əməkdaşlıq məkanına çevrilməsini hədəfləyir.

“Cənubi Qafqazın münaqişə ilə deyil, əməkdaşlıqla tanınmasını istəyirik”

Fidanın açıqlaması onun sentyabrın 15-də Bakıya səfəri zamanı səsləndirdiyi mövqenin davamı kimi də qiymətləndirilə bilər.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında Fidan Azərbaycan və Ermənistan arasında yekun sülhə doğru son dövrdə əldə olunan irəliləyişləri müsbət qiymətləndirmişdi.

O, Cənubi Qafqazın münaqişələrlə deyil, sülh, nəqliyyat, enerji, ticarət və iqtisadi inkişafla tanınmasını istədiklərini bildirmişdi.

Fidanın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması bölgədə yeni əməkdaşlıq mərhələsinin başlanmasına imkan yarada bilər.

ABŞ-Türkiyə xətti və Azərbaycan-Ermənistan sülhü

Fidanın son açıqlamasında diqqət çəkən məqam ABŞ-Türkiyə əməkdaşlığının Cənubi Qafqaz istiqamətinin də qeyd olunmasıdır.

Ankara Vaşinqtonla regional məsələlərdə əməkdaşlığın genişləndirilməsini istəyir. Fidan Türkiyə və ABŞ-ın Qafqazda sülh prosesini dəstəklədiyini bildirərkən, bu əməkdaşlığın regional sabitliyə töhfə verə biləcəyini vurğulayıb.

Beləliklə, Türkiyənin mövqeyində Azərbaycan-Ermənistan arasında sülhün yalnız iki ölkə arasındakı münasibətlərin normallaşması kimi deyil, Cənubi Qafqazda yeni regional əməkdaşlıq imkanları yaradan proses kimi təqdim edilməsi diqqət çəkir.

Fidanın açıqlaması həm də Ankaranın Azərbaycan-Ermənistan arasında əldə olunan razılaşmaların davam etdirilməsini və bölgədə sabitliyin möhkəmləndirilməsini dəstəklədiyini göstərir.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Sentyabr 2026 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri