ABŞ Venesuelanın narkotik kartellərinə qarşı quru əməliyyatına başlayacaq
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesueladan quru yolu ilə narkotik vasitələrin daşınması ilə mübarizəyə tezliklə başlayacağını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri hərbçilərlə videokonfrans zamanı deyib.
"Buna nail olacağıq; biz artıq çox şey etmişik. Dəniz daşımaları 85% kəsilib. Yəqin ki, insanların (narkotikləri) dəniz yolu ilə daşımaq istəmədiyini görmüsünüz və biz onları quruda dayandırmağa başlayacağıq. Quruda bunu etmək daha asandır və bu, çox yaxında başlayacaq", - deyə o bildirib.
O əlavə edib ki, administrasiyası yeni "B-2 Spirit" gizli strateji bombardmançıları sifariş edib: "B-2"nin dizaynında istifadə edilən gizli texnologiya sayəsində 2025-ci ilin yayında İrana qarşı əməliyyat uğurlu olub. Mən o pilotlara, mexaniklərə, həmin bombardmançılara xidmət edən və işləyən bütün insanlara təşəkkür etmək istəyirəm. Biz sadəcə olaraq onlardan daha çoxunu sifariş etdik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Noyabr 2025 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















