Icma.az
close
up
RU
1418 BİR BİRİNDƏN DƏHŞƏTLİ GÜN... “SVO” 1941 1945 müharibəsini ötüb keçdi: kim qalib, kim məğlubdur?

1418 BİR BİRİNDƏN DƏHŞƏTLİ GÜN... “SVO” 1941 1945 müharibəsini ötüb keçdi: kim qalib, kim məğlubdur?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

SSRİ-nin ən məşhur rejissorlarından biri olan Eldar Ryazanov hələ çox illər əvvəl Rusiyanın birinci Prezidenti Boris Yeltsini “o dünyada da bağışlamayacağını” demişdi. Özünə Vladimir Putin kimi varis qoyub getdiyinə görə: "Yeltsinin bir çox hərəkətlərini bəyənirəm. Amma onu belə bir varis qoyduğuna görə o dünyada da bağışlaya bilməyəcəyəm. Elə bir varis ki, tarixin kənara atdığı qorxunc zamanları təmsil edən, arxasında qətlə yetirilmiş, qana bulanmış izdihamları buraxan acgöz, dəhşətli şər qüvvələri yenidən ayağa qaldırdı. Putinin dövründə Rusiyanı yaxşı heç nə gözləmir”.

Bu gün Vladimir Putin tərəfindən 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başladılan "xüsusi hərbi əməliyyat" öz uzunluğuna görə SSRİ dövründə Böyük Vətən müharibəsi adlandırılan 1941-1945-ci il savaşını aşdı. 12 yanvar 2025-ci il müharibənin 1419-cu günüdür. “Böyük Vətən Müharibəsi” isə 1418 gün - 22 iyun 1941-ci ildən 9 may 1945-ci ilə qədər davam etmişdi. Bu müddətdə sovet ordusu Berlinə qədər gedib çıxmışdı. Bu gün isə rus ordusu Donbasdakı hansısa Çasov yar qəsəbəsini belə bir ildən çoxdur ələ keçirə bilmir... Kiyevin "üç günə" alınacağı “zəfər blitskriqi” kimi düşünülən “SVO” qanlı, dəhşətli bir müharibəyə çevrildi. Ukraynanın şəhərləri, kəndləri yerlə-yeksan edildi, milyonlarla insan evlərindən, ölkəsindən didərgin düşdü, hər iki tərəfdən yüz minlərlə insan həlak və şikəst oldu. Bu dəhşət günü bu gün də Moskvanın uzun illər “qardaş xalq” adlandırdığı ukraynalı dinc əhalini qışın ortasında işıqsız, istiliksiz, susuz qoymasının fonunda davam edir...

Əvəzində Rusiyanın qazancı “izqoy” dövlətə və xalqa çevrilməsi, bütün çirkin, işğalçı, şovinist mahiyyətinin daha da açılıb ortaya qoyulması, eləcə də sanksiyaların və itkilərin sayına görə dünya rekordçusuna çevrilməsidir.

NATO-nun hesablamalarına görə, 2025-ci ilin dekabr ayına olan məlumata görə, Rusiya ordusu ölü və yaralı olmaqla 1,15 milyon əsgər itirib. Müharibə nəticəsində Rusiya tərəfindən təxminən 400.000 nəfər əlil olub ki, bu da məsələn, Bryansk və Tver vilayətlərinin əhalisinə bərabərdir. Dörd illik müharibə Rusiya vergi ödəyicilərinə 42,3 trilyon rubla başa gəlib. Bu, bütünlükdə Rusiya ali təhsil sistemi üçün 24 illik, Sverdlovsk vilayəti və ya Krasnodar diyarı kimi böyük bölgələr üçün 80 illik büdcəyə bərabərdir...

Ödənilən böyük və dəhşətli qiymətə baxmayaraq, Rusiyanın hazırkı siyasi, iqtisadi, demoqrafik, texnoloji, hərbi və s. baxımdan vəziyyəti müharibənin başladığı 22 fevral 2022-ci il tarixindəki durumundan qat-qat daha pisdir. "Rusiya bu sahədə inkişaf edib" və ya "Rusiya bu sahədə güclənib" deyə biləcək tək bir istiqamət belə yoxdur. Əksinə, imperiyaçılıq azarına düçar olmuş bu dövlət və toplum bütün sahələrdə zəifləyib, gözdən düşüb, çürüyüb və eyni zamanda da vəhşiləşib...

"SVO"-nun nə hərbi, nə də digər məqsədləri əldə olunmayıb. Rusiya ordusu hələ də Kremlin Rusiya ərazisi elan etdiyi 4 vilayətdən heç birini tam işğal edə bilməyib. Keçən il Rusiya Ukrayna ərazisinin 1%-dən də azını ələ keçirə bilib. Ümumilikdə Moskva Ukraynanın demək olar, xarabalığa çevrilmiş təxminən 20%-nə nəzarət edir və bu, müharibənin ilk aylarındakına nisbətdə daha azdır. Belə ki, savaşın ilk aylarında ələ keçirilmiş Xarkov, Xerson və hətta Kiyev ətrafındakı ərazilər sonradan azad edildi. “Denasifikasiya” və “demilitarizasiya” kimi absurd məqsədlərin heç birinə nail olunmadı və hazırda bu terminləri heç yada salan da yoxdur...

Rusiyada müharibənin ilk illərində hərbi zavodlara trilyonlarla investisiya qoyuluşu ilə maliyyələşdirilən iqtisadi bum müharibənin üçüncü ilinin sonunda tamamilə səngidi. ÜDM artımı sıfıra endi, sənaye çökür, mülki sektorlar dərin tənəzzülə uğrayır. İllər ərzində neft gəlirlərindən istifadə etməklə qurulan Milli Rifah Fondunun likvid aktivləri üç dəfə azalıb. Hazırda onun məbləği 35 milyard dollara yaxındır ki, bu da müqayisə üçün məsələn, Azərbaycanın Neft Fondundan da azdır!

Büdcəni doldurmaq üçün Rusiya hökuməti 2026-cı ildən ƏDV də daxil olmaqla, vergiləri, cərimələri artırıb. “Müharibə iqtisadiyyatı” Rusiyanı maliyyə, maddi və insan resurslarından məhrum edib. Müasir texnologiya və avadanlıqlara çıxışı məhdudlaşdıran Qərb sanksiyaları ölkənin istehsal gücünü azaldıb. Rusiya təbii xammalını belə oğurluq, qaçaq yollarla dəyər-dəyməzinə satmağa məcburdur. Hətta buna da imkan verilmir və Rusiya “kölgə tankerlərinin” ABŞ tərəfindən ələ keçirilməsi Rusiyanın həm də siyasi, hərbi, mənəvi alçaldılması olmaqla, bunun bariz nümunəsidir. Əksər iqtisadçıların da dediyi kimi, müharibənin sonu Rusiyaya qaçılmaz iqtisadi tənəzzül vəd edir. Çünki Rusiyanın xərcləri durmadan artır, gəlirləri isə durmadan azalır. Müharibəyə göndəriləcək insan resursları da azalmaqdadır. Artıq axşam içib, səhər ordu ilə müqavilə bağlayan rusları da tapmaq olmur. Bu üzdən Hindistandan, Afrikadan, Cənubi Amerikadan təsadüfi “döyüşçülər” gətirilir, amma onlar da bir şeyə yaramır...

Əlbəttə, Ukraynanın da vəziyyəti ağırdır və bu da başa düşüləndir. Lakin bu ölkə, xalq təslim olmur və onun arxasında pis-yaxşı Avropa kimi böyük iqtisadiyyat, ABŞ kimi silah istehsalçısı durur. Odur ki, hər hansı bir tərəfin qəti qələbəsini istisna edən bu savaş üzücü, mənasız, hədəfsiz bir qanlı kampaniyaya çevrilib. Ondan ən böyük gəliri isə savaşanlar yox, bu savaşı idarə edənlər qazanır ki, bu da birmənalı olaraq nə Rusiya, nə də Ukraynadır.

Bu savaş da bütün müharibələr kimi, nə vaxtsa mütləq bitəcək. Ancaq həmin gündən sonra hər nə qədər çətin də olsa, Ukraynanı qarşıda daha işıqlı, qürurlu və azad günlər gözləyir. Rusiyanınsa düşdüyü bataqlıqdan çıxması olduqca ağır, çürümə müddəti isə uzun olacaq. Əvvəldə adını çəkdiyimiz Eldar Ryazanovun dediyi kimi: “Rusiya böyükür, ona görə də onun çürüməsi vaxt aparacaq...”

Cəlal Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Yanvar 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri