Icma.az
close
up
RU
Netanyahunun aparat rəhbəri 13 saat dindirildi Ölkədən çıxışına qadağa qoyulub

Netanyahunun aparat rəhbəri 13 saat dindirildi Ölkədən çıxışına qadağa qoyulub

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail polisinin xüsusi bölməsi “Lahav-433” tərəfindən 13 saat davam edən dindirilmədən sonra Baş Nazir Benyamin Netanyahunun dəftərxanasının aparat rəhbəri Tsaxi Braverman sərt məhdudlaşdırıcı şərtlərlə azadlığa buraxılıb.

“AzPolitika” bildirir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Bravermana 30 gün müddətində İsraili tərk etmək qadağan edilib, bu isə onun Böyük Britaniyaya səfir təyin olunmasına təsir göstərə bilər. Eyni zamanda, o, müvəqqəti olaraq 15 gün müddətinə dəftərxanadakı işindən uzaqlaşdırılıb və iş üzrə iştirakçılarla 30 gün ərzində əlaqə saxlamaq qadağan olunub.

Baş nazir dəftərxanasının kommunikasiya üzrə müşavir Omər Mansur da “Lahav-433”də dindirildikdən sonra azadlığa buraxılıb. Mansur da 15 gün müddətinə işdən kənarlaşdırılıb və 30 gün ərzində ölkədən çıxışına qadağa qoyulub. Bravermana qarşı cinayət işinin başlanmasına səbəb isə “Bild” qəzetinə məxfi sənədlərin ötürülməsi ilə bağlı Netanyahunun keçmiş hərbi mətbuat katibi Eli Feldşteynin ifadələri olub. Feldşteyn də sızma və istintaqa mane olmaq ittihamı ilə dindirilib.

Feldşteyn “Kan” telekanalına verdiyi müsahibədə Bravermanla gizli gecə görüşünün yeganə şahidinin Omər Mansur olduğunu bildirib. Daha əvvəl Mansur 12-ci telekanalda Feldşteynin dediklərini yalan adlandırmışdı. Bravermanın vəkili Jak Xen isə açıqlamasında deyib: “Dindirmə başa çatdıqdan sonra Braverman evinə qayıdıb. O, müstəntiqlərin bütün suallarını cavablandırıb və bir il əvvəl saxlanılmış, indi isə televiziya müsahibəsində səsləndirilən uydurma versiyanı tamamilə təkzib edib”.

Netanyahunun “Likud” partiyası isə Bravermana qarşı aparılan istintaqın siyasi təqib olduğunu bəyan edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri