ABŞ vətəndaşlarına TƏCİLİ ÇAĞIRIŞ Bu iki ölkədən təxliyə BAŞLADI
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ hökuməti müdafiə podratçısı V2X şirkətinə İraq və Küveytdə çalışan əməkdaşlarını təxliyə etməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, bu addım personalın İranmeyilli silahlı qruplaşmaların hücum hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlarla əlaqədardır.
Bildirilir ki, ABŞ Dövlət Departamenti nümayəndələri mümkün hücumlar barədə kəşfiyyat məlumatları əldə etdikdən sonra məsələni şirkət rəhbərliyi qarşısında qaldırıblar. Həmin məlumatlarda ABŞ-la əlaqəli obyekt və əməkdaşlara qarşı hücumların hazırlandığı qeyd olunur.
Eyni zamanda, İraq və Küveytdəki hərbi bazalarda çalışan əməkdaşlar təhlükəsizliklə bağlı problemlərdən şikayət ediblər. Onların sözlərinə görə, pilotsuz uçuş aparatlarının aktivliyi artıb və müdafiə tədbirləri kifayət deyil.
Qeyd olunur ki, mart ayında şirkətin əməkdaşlarından biri dron zərbəsi nəticəsində həlak olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 20 Aprel 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















