Icma.az
close
up
RU
ABŞ Yaxın Şərqdəki mühüm aviabazadan onlarla təyyarəni çıxarıb

ABŞ Yaxın Şərqdəki mühüm aviabazadan onlarla təyyarəni çıxarıb

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Planet Labs peykləri ABŞ-nın Yaxın Şərqdəki mühüm strateji obyekti olan Qətərdəki Əl-Udeid aviabazasından onlarla Amerika hərbi təyyarəsinin qəfil yoxa çıxdığını qeydə alıb. İyunun 5-nə aid kadrlara əsasən, uçuş-enmə zolağında 40-a yaxın müxtəlif tipli döyüş təyyarəsi olub. İyunun 20-də çəkilmiş yeni kadr isə təyyarələrdən yalnız 3 ədədinin qaldığını göstərir.
Reyting.az
“Business Insider”ə istinadla xəbər verir ki, belə bir addım İrandan gələn təhlükə ilə bağlı ola bilər.
Təhlilçilərin sözlərinə görə, təyyarələrin kütləvi şəkildə başqa bazalara köçürülməsi İsrail və Tehran arasındakı münaqişəyə müdaxilə edəcəyi təqdirdə ABŞ-ı açıq şəkildə hədələyən İrandan gələn təhlükəyə öncədən hazırlıqdır.
Əl-Udeid aviabazası Fars körfəzi yaxınlığında yerləşir və eskalasiya zamanı potensial əsas hədəf olaraq qalır.
İsrail qüvvələrinin ötən həftə İran ərazisinə, o cümlədən nüvə obyektlərinə, hərbi bazalara, hava hücumundan müdafiə sistemlərinə və elmi müəssisələrə qarşı silsilə irimiqyaslı hava hücumları təşkil etməsindən sonra gərginlik artıb. İran bir sıra raket hücumları ilə cavab verib, ölkə lideri İsraili dəstəkləsə, ABŞ-ı “ciddi nəticələrlə” xəbərdar edib.
ABŞ prezidenti Donald Tramp bu həftə İsrailin kampaniyasına “qoşula biləcəyini” söyləyib və Fordo nüvə kompleksi də daxil olmaqla, dərindən müdafiə olunan hədəflərə zərbələr endirmək üçün “B-2 Spirit” strateji bombardmançılarından istifadə ehtimalına işarə edib. ABŞ arsenalında ən güclü qeyri-nüvə bombası olan 15 tonluq GBU-57 MOP sursatı bunkerləri məhv etmək üçün nəzərdə tutulub.
Bu arada ABŞ bölgəyə əlavə qüvvələr, o cümlədən təyyarədaşıyanlar, esmineslər, tanker təyyarələri və hava hücumundan müdafiə bölmələri toplamaqda davam edir. ABŞ ordusu artıq İranın İsraili hədəf alan raketlərini ələ keçirib. Qüvvələrin yerləşdirilməsi və yerdəyişməsi vəziyyət daha da gərginləşəcəyi təqdirdə, yüksək döyüş hazırlığından xəbər verir.

E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 İyun 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri