ABŞ yə təhlükəli patogen aparan Çin alimləri həbs edildilər
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin hüquq-mühafizə orqanları təhlükəli fitopatogeni ölkəyə qanunsuz idxal etməyə cəhddə şübhəli bilinən iki Çin vətəndaşına qarşı cinayət işi açıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Independent" Detroytda keçirilən məhkəmə prosesinin materiallarına istinadən məlumat verib.
33 yaşlı Yuntsin Tsyan və 34 yaşlı Tsunyun Lyu bir sıra cinayətlərdə, o cümlədən qaçaqmalçılıqda, sui-qəsddə və səlahiyyətlilərə yalan məlumat verməkdə ittiham olunurlar. İstintaqın məlumatına görə, 2024-cü ilin iyulunda Detroyt hava limanında yoxlama zamanı Lyunun çantasında "Fusarium graminearum" adlı zəhərli göbələk nümunəsi aşkar edilib. Bu patogen buğda, arpa, qarğıdalı və düyü məhsullarını məhv etməyə qadirdir, həmçinin insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradır.
Prokurorluğun nümayəndəsinin sözlərinə görə, şübhəlilərin hərəkətləri ABŞ üçün ciddi təhlükə yaradıb. İstintaq müəyyən edib ki, Tsyan Miçiqan Universitetinin laboratoriyasında işləyib. Elə orada qadağan olunmuş patogenlə araşdırmaların aparılması planlaşdırılıbmış.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 İyun 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















