Icma.az
close
up
RU
Çin alimləri Azərbaycanda

Çin alimləri Azərbaycanda

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüşüb.

Görüşdə akademik İsa Həbibbəyli son illərdə Azərbaycanla Çin arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əlaqələrin gücləndiyini və yeni müstəviyə yüksəldiyini söyləyib. Natiq qeyd edib ki, bu gün iki dövlət arasında münasibətlər etibarlı tərəfdaşlığa, yüksək etimada söykənir və ölkələrimiz arasında viza rejiminin ləğvi bunun bariz nümunəsidir. Bu günlərdə Prezident İlham Əliyevin Çinə səfərinin strateji əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən AMEA rəhbəri dövlətimizin başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi yüksək səviyyəli görüş, “ŞƏT plyus” formatında görüşdə iştirakı və geniş nitqinin Azərbaycan–Çin münasibətlərinin hərtərəfli inkişafına yeni nəfəs verəcəyini vurğulayıb.

Dövlət başçılarımızın açdığı geniş yolda Azərbaycanla Çin arasında elmi əlaqələrin də inkişaf etdiyini diqqətə çatdırıb. Akademik AMEA-nın dost ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini, rəhbərlik etdiyi qurumda Çinə dair aparılan tədqiqatları diqqətə çatdırıb.

Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini-professor Çzin Çje çıxışında səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkələrimiz arasında yüksək əlaqələrin genişlənməsinin elm xadimləri üçün də geniş imkanlar açdığını vurğulayıb. AMEA-da Çinə dair aparılan tədqiqatlardan məmnunluğunu dilə gətirən professor Çzin Çje birgə əməkdaşlığın genişləndirilməsi barədə təkliflərini səsləndirib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.

Çinli alimlər sonda Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri