Icma.az
close
up
RU
ABŞda qadınlar buna görə prezident ola bilmir Qəribə səbəb

ABŞda qadınlar buna görə prezident ola bilmir Qəribə səbəb

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

5 noyabrda ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı Donald Tramp rəqibi, demokrat Kamala Harris üzərində inamlı qələbə qazandı.

Seçkilərin diqqətçəkən digər məqamı ABŞ vətəndaşlarının çoxunun qadın namizədə etimad göstərməməsi idi. 2016-cı ildə Hillari Klintonun bacarmadığını 8 il sonra Kamala Harris də bacarmadı. Yəni hər iki xanım namizəd nə Donald Trampı məğlub etdi, nə də ABŞ tarixinin ilk qadın prezidenti ola bildi.

Bəs ABŞ-da qadınlar niyə prezident ola bilmir?

Əvvəlcə deyim ki, Hillari Klinton və Kamala Harrisə qədər bir neçə qadın ABŞ prezidenti olmaq istəyib. İlk cəhdi 1872 Viktoria Klaflin Vudhull edib. Bərabər Hüquqlar Partiyasından (Equal Rights Party) namizədliyini irəli sürən Vudhull Respublikaçı E.S.Qrant və Demokrat H.Qrili kimi nüfuzlu şəxslərlə mübarizədə məğlub olub.

Bərabər Hüquqlar Partiyası 1884 ve 1888-ci illərdə Belva Ann Bennett Lukvudun namizədliyini irəli sürüb və o, hər iki seçkidə uduzub.

ABŞ-ın iki mühüm partiyasından biri olan Respublikaçıların ilk qadın namizədi isə 1964-cü ildə Marqaret Smit oldu, lakin seçkinin birinci turunda öz istəyi ilə namizədliyini geri çəkib.

Demokratların ilk qadın namizədi 1972-ci ildə Şirley Anita Kisholm olub. Kisholm ABŞ prezident seçkisində ilk qaradərili qadın namizəd idi. Bu o dövr üçün həm ilk, həm də cəsarətli addım idi, lakin ona da qələbə nəsib olmadı.

Yuxarda qeyd etdiyim xanım namizədlər ABŞ tarixində ilkə imza atsalar da, onlardan sonra da qadın namizədlər oldu. Misal üçün 1988-ci ildə demokrat Patrisiya Şröder, 2000-ci ildə Respublikaçı Elizabet Hanford Dole, 2004-cu ildə Demokrat Karol Moseley Braun, 2012-ci ildə Resupublikaçı Maykl Baxman, 2012, 2016-ci illərdə Yaşıl Partiyadan Jill Stein namizdəliklərini irəli sürüb ABŞ-ın ilk qadın prezidenti olmaq istəyən xanımlar idi.

Yuxarıdakı nümunələrdən bu qənaətə gəlmək olar ki, ABŞ cəmiyyətində qadın namizədlərin olması təbiidir. Ümumiyyətlə, ABŞ-da sadə vətəndaşlar üçün seçki bir şou, əyləncədən ibarətdir. Yalnız intellektual kəsim seçkini taleyüklü olay kimi görür. Əslində son 5 seçki və nəticələrə baxdıqda ABŞ-ın intellektual kəsiminin nə istədiyini görmək olur. Miqrant böhranı, xarici borcun artması, gəlir ədalətsizliyi, dini, irqi, cinsi ayrı-seçkilik kimi məsələlər hazırda ABŞ-ın yaşadığı başlıca problemlərdir. Təsadüfi deyil ki, namizədlərin siyasi kampaniyalarında bu məsələlərə tez-tez rast gəlinir. Lakin ABŞ-da seçkinin taleyini siyasi elita, güc mərkəzləri müəyyən edir. Əslində ABŞ-ın bu günə qədər qadın prezidentinin olmamasının səbəbi də məhz siyasi elita ilə bağlıdır.

ABŞ-ın ən tanınan siyasətçiləri, zəngin iş adamlarının yaş ortalaması yuxarıdır: 60, 70, 80 yaşlı şəxslərdən söhbət gedir. Təbii ki, gənclər də var, amma əsasən yaşlılar söz sahibidirlər. ABŞ Senatında belə bu yaş statistikası özünü göstərir. Bu, çox ciddi faktordur. Çünki bu yaş kateqoriyasında olan şəxslər mühafizəkardırlar. Yəni tipik evangelist düşüncə tərzinə malikdir. Bu düşüncə tərzi isə qadınların prezident seçilməsinin önündə dayanan başlıca səbəbdir. İşin tragikomik tərəfi həmin bu yaş aralığındakı bir çox qadın elita nümayəndəsi də bu görüşü daşıyır. Hətta irqçiliyin hələ də qaldığı ABŞ-da Barak Obamanın prezident seçildiyi halda siyasi elitanın qadınlarla bağlı tutumunun nə qədər sərt olduğunu görmək mümkündür.

Mövcud siyasi elita gəncləşmədən, daha aydın və yenilikçi nəsil yetişmədən ABŞ tarixində hələ iki-üç nəsil qadın prezident görülməyəcək. Düzdür, seçki nəticələrinə təsir edən birdən çox faktor var, lakin cinsiyyət yanaşması da pərdəarxası məqamdır.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri