ABŞdan Cənubi Koreyadakı xaosa reaksiya: Alqışlayırıq
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cənubi Koreya prezidenti Yoon Suk Yeolun elan etdiyi, lakin 6 saat sonra ləğv edilən hərbi vəziyyət qərarına ABŞ hökumətindən reaksiya verilib.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı yazılı açıqlama verən ABŞ dövlət katibi Antoni Blinken Cənubi Koreyadakı prosesləri yaxından izlədiklərini bildirib.
O, Yoonun ölkə konstitusiyasına və Milli Assambleyanın qəbul etdiyi qərara uyğun olaraq hərbi vəziyyəti ləğv etmək qərarını "alqışladıqlarını" bəyan edib: "Siyasi mübahisələrin sülh yolu ilə və qanunun aliliyinə uyğun həllini gözləyirik".
Blinken Cənubi Koreya xalqına, ümumi demokratiya və qanunun aliliyinə əsaslanan ABŞ-Cənubi Koreya müttəfiqliyinə davamlı dəstəyini vurğulayıb.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol müxalifətin dövlət əleyhinə fəaliyyətlə məşğul olduğunu iddia edərək, hərbi vəziyyət elan etdiyini açıqlayıb. Lakin Milli Məclisdə hərbi vəziyyətin ləğvi barədə qərar qəbul edilib.
Hərbi vəziyyət təxminən 6 saat sonra başa çatsa da, hadisələr ölkədə siyasi böhrana səbəb olub. Belə ki, müxalifət partiyaları Yoonu istefaya çağırıb.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Dekabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















