Icma.az
close
up
RU
ABŞdə güclü yanğınlar səbəbindən aktyorluq sənəti üzrə mükafatlandırma mərasimi ləğv edildi

ABŞdə güclü yanğınlar səbəbindən aktyorluq sənəti üzrə mükafatlandırma mərasimi ləğv edildi

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən ənənəvi illik "Kino Aktyorları Gildiyası" ("Screen Actors Guild Award") mükafatlarına nominantların elan olunması mərasimi ərazidə baş verən güclü meşə yanğınları səbəbindən ləğv edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun "X" hesabında məlumat dərc edilib.

Məlumata görə, Los-Ancelesdəki meşə yanğınları və əlverişsiz şəraitə görə mərasimin ənənəvi formatda keçirilməsindən imtina edilib. Gildiya öz qərarını tədbir qonaqlarının təhlükəsizliyinə dair narahatlığı ilə əsaslandırıb. Namizədlərin yekun siyahısı təşkilatın internet saytında dərc olunacaq.

Qeyd edək ki, 1933-cü ildə təsis edilən Kino Aktyorları Gildiyası ABŞ-də çalışan kino və televiziya artistlərinin və sənayenin digər işçilərinin maraqlarını təmsil edən birlikdir. Təşkilat öz mükafatını 1995-ci ildə təsis edib və o vaxtdan bəri aktyorluq sənəti sahəsində hər il mükafatlandırma mərasimi keçirir.

Xatırladaq ki, ABŞ-nin Los-Anceles şəhərini əhatə edən meşə yanğını səbəbindən 30 minə yaxın insan təxliyə olunub. Yanğın Cennifer Eniston, Bredli Kuper, Tom Henks, Riz Uizerspun, Adam Sendler, Ben Afflek kimi çox sayda ABŞ-li məşhur ulduzların yaşadığı Pasifik-Paliseyds şəhərinin prestijli hissəsini də bürüyüb. Həmçinin, ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Los-Ancelesdəki iqamətgahı da hazırda yanğınla bağlı təxliyə zonasına düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Yanvar 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see391

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see167

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see158

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see120

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see120

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see117

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri