Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

ABŞdə seçkilər: son sözü xalq deyəcək

ABŞdə seçkilər: son sözü xalq deyəcək

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

XXI əsrdə ABŞ-də prezident seçkiləri

Dünyanın ən qüdrətli dövləti kimi ABŞ-də prezident seçkiləri həmişə diqqət mərkəzində olub. Hətta həmin seçkilərin nəticələrinə qlobal miqyasda düzəni müəyyən edən hadisə kimi baxıblar. XXI əsrdə Amerikadakı prezident seçkiləri dünya üçün daha aktual bir hadisə kimi qiymətləndirilməyə başlanmışdır. Ona görə yox ki, bu əsrdə ABŞ daha güclü bir dövlətə çevrilib. Əksinə, XX əsrdə adət etdiyi dünya liderliyi imici tədricən zəifləyən güclü dövlət kimi situasiyanı öz xeyrinə dəyişmək üçün riskli və tələsik addımlar atmışdır.

Filosoflar, politoloqlar, geostrateqlər və analitiklər bunu Amerikanın dünya ağalığı statusunu itirmək qorxusu ilə yanaşı, bütövlükdə, dünya siyasi mühitində özünü göstərən ciddi geosiyasi, siyasi, hərbi, texnoloji, iqtisadi, sosial, mədəni və digər dəyşikliklərlə izah edirlər. Yazırlar ki, bütövlükdə, dünyanın “geosiyasi inforserləri” (Blyaxer) öz funksiyalarını yerinə yetirə bilmirlər və hələ yeniləri formalaşmamışdır. Xatırladaq ki, “geosiyasi inforser” situasiyaya nəzarət edən dövlətlər qrupu anlamını verir. Bu mənada qlobal geosiyasi mühitdə yaranmış ldierlik böhranından bəhs etmək olar.

Digər tərəfdən, sosialist düşərgəsinin dağılması ilə XX əsr geosiyasətində “Qərb–SSRİ dixotomiyası”nın pozulmasına baxmayaraq, tədricən meydana başqa alternativ güclər çıxmağa başladı. Onların sırasında sürətlə yüksələn Çin, böhrandan çıxmağa çalışan Rusiya, Hindistan, Braziliya, Türkiyə, Argentina və yeni texnologiyalarla sürətlə yeniləşən dövlətlər vardır. Ayrıca, Qoşulmama Hərəkatı 120 dövləti birləşdirməklə alternativ geosiyasi güc olmaq iddiasındadır.

Amerika bütün bunlara reaksiya verməli idi. Bu aspektdə XXI əsrdə bu qüdrətli dövlətdə keçirilən prezident seçkilərinin fəlsəfi və politoloji izahı maraqlıdır.

“Lider”in “legitim” müharibələri

Nəzəri olaraq “liderin hər bir müharibəsi legitimdirmi?” sualı qoyulmur. Lakin bütövlükdə, müharibənin legitim olub-olmaması ilə bağlı mübahisələr, müzakirələr, fikir dartışmaları aparılır. Ümumi insani səviyyədə hər bir müharibə itki və ölümdür, dağıdıcılıqdır. Lakin hər bir cəmiyyətin və ölkənin özünü qorumaq kimi təbii haqqı da vardır. Buna görə də Vətən müharibəsi tam legitim və hətta müqəddəsdir. Təəssüf ki, özünü dünyanın lideri, ən demokratiki və güclüsü sayan ABŞ-nin XXI əsrdə apardığı heç bir müharibəni nə legitim saymaq, nə də onlara Vətən müharibəsi demək olar. Onların hər biri Amerika torpaqlarından 10 min kilometrlərlə uzaqlarda, başqasının müstəqilliyinə, ərazi bütövlüyünə qəsd və mövcud hakimiyyəti devirmək iddiası kimi qiymətləndirilə bilər. Bu zaman kiminsə özündən “rəngli inqilab” kimi ibarələr uydurması real vəziyyəti qətiyyən dəyişmir. Faktlar belə diktə edir.

Amerika 2001-ci ildə Əfqanıstanda müharibəyə başladı. Guya, sovetlərin səhvlərindən nəticə çıxarmışdı və guya, Vaşinqtonun müharibəsi “Əfqanıstana xeyirxah münasibətin əlaməti” idi. Nəticəsi nə oldu? Birincisi, bütün dünyada İslamın adına ləkə olan, radikal və terrorçu “Əl-Qaidə” yarandı. Terror əsasən müsəlmanları vurdu. Onların həm həyatlarını, həm də dinlərinin əsl mənasını əllərindən aldı.

İkincisi, 200 illik müharibədən sonra Əfqanıstanda radikal mövqeli “Taliban” hakimiyyətə gəldi. “Demokratik” Amerika, doğrudanmı radikal dini rejim yetişdirmək üçün qan tökmüşdü? Budur “demokratiyanın dünyaya yayılması məntiqi və tərzi?

Lakin məsələ bununla bitmədi.

2003-cü ildə Amerika İraqda müharibəyə başladı. Bu müharibə də feili olaraq 2011-ci ildə başa çatdı, lakin hələ də fəsadları özünü göstərir. Hansı fəsadlar?

Birincisi, İraq terror yuvalarından biri olaraq qalır. Burada müxtəlif məqsədli terror qruplaşmaları hələ də at oynadırlar. Onların sırasında PKK-dan tutmuş İran və İsrail meyilli çoxlu sayda qruplaşmalar vardır. Türkiyə hələ də onların kökünü kəsə bilmir.

İkincisi, İraq siyasi olaraq bölündü. Orada etnik mənsubluğa əsaslanan muxtar qurum yaradıldı. Hələlik “fağırdırlar”, ancaq türkmənlərə qarşı terror nədənsə mərkəzi hökumətlə yanaşı, muxtar qurumun da “gözündən yayınır”. Kərkük və Mosula iddialar azalmır.

Amerikanın bu “demokratik savaşı”nın nəticəsi nə oldu? Səddam Hüseyn vəhşicəsinə asıldı (Ş.Hüseynin də siyasəti vəhşilik kateqoriyasına aid ola bilərdi, lakin özünü demokratiya carçısı kimi qələmə verən bir dövlətin vəhşi olması hansı “legitimliyə” aiddir?). Daha dəhşətlisi isə meydana yeni və daha amansız terror təşklatının – İŞİD-in çıxması oldu! Bu İŞİD də, nədənsə, adını müsəlman təşkilatı qoyub, ancaq əsas olaraq müsəlmanların qənimidir. Onun vurduğu dağıdıcı zərbələri İslam ölkələri hələ uzun müddət unutmayacaqlar.

Düşündürücüdür: Amerikanın Əfqanıstana müdaxiləsi radikal “Əl-Qaidə”, İraqa müdaxiləsi isə terrorçu İŞİD yaratdı! Amerikanlılarmı demokratiya ilə terroru səhv salmışlar, yoxsa dünyamı zəkasını itirmişdir?

Hər bir halda ABŞ-nin İŞİD əsəri yeni faciə yaratdı – Suriya qarışdı. Ölüm, itim, terror, insan haqlarının kütləvi şəkildə pozulması, toqquşmalar və s. baş alıb gedir. Vaşinqton hansı məntiqi çərçivəyə salsa da, fəaliyyətinin Suriya fraqmentinin nəticələrindən biri YPG/PYD terror təşkilatı oldu və indi də demokratiya adını daşıyan qondarma bir qurum yaratmışlar. Onların işi isə əsasən Türkiyəyə qarşı terror törətməklə bağlıdır. Bu məsələdə Amerikanın yaratdığı və intensiv yardım etdiyi terror qruplarına türklərə qarşı terror törətməkdə tam “legitimlik” bəxş ediblər.

ABŞ prezidentləri hara baxırlar?

Qəribə sualdır – hara baxacaqlar? Ağ evin pəncərəsindən Vaşinqtonun mənzərəsinə. Siyasətdə rəqiblərinə qarşı arqument toplamağa baxırlar. Geosiyasətdə hansı regionda haranı qarışdırmağa diqqət edirlər. Hərbidə yeni silahlar, rəqiblərlə amansız mübarizələr var. Texnologiyada Çinin qarşısını necə almaq dərdləridir. Cənubi Qafqazda ermənilərə necə havadarlıq etmək var. Daha nələr?

Prezidentlərin siyahısı da maraqlıdır. 2000-2008-ci illərdə kiçik Corc Buş prezident oldu. 2008-ci ildə Tbilisidə səhnədə caz oynadı. Sonra getdi.

2008-2016-cı illərdə Barak Obama Amerikaya başçılıq etdi. O da Yaxın Şərqi pis günə qoyub, əsl “demokrat” kimi getdi. 2016-2020-ci illərdə Amerika fəlsəfi və politoloji fikrinin hələ də “dəli”, yaxud güclü olduğunu müəyyən edə bilmədiyi Donald Tramp hakimiyyətdə qaldı. 2020-ci ildən isə nə düz-əməlli yeriyə, nə də məntiqlə danışa bilən Cozef Bayden Ağ evə ağalıq etdi. İndi isə K.Harrislə D.Tramp prezidentlik uğrunda ölüm-dirim savaşı aparırlar.

Amerikanın XXI əsr müharibələri kiçik C.Buşla başladı. Onun başladığı müharibələrin fəsadlarını sonra gələn heç bir prezident aradan qaldıra bilməmişdir. Əksinə, həmin fəsadlara Çinlə Sakit Okean hövzəsində gərgin qarşıdurma və

COVID19 əlavə olunmuşdur. Nədənsə, illər ötdükcə münaqişələrin sayı azalmır və onun bir ucu gedib okeanın o tayına çıxır.

Bunlarla yanaşı, Amerikada prezident seçkiləri və bütövlükdə, ABŞ-nin xarici siyasət kursu ilə əlaqədar iki məqam özünü göstərməyə başlamışdır. Onlardan biri ideoloji xarakterlidir. Mərhum Henri Kissincer ABŞ-nin xarici siyasət kursunun ziddiyyətli olduğunu anlamışdı və çıxış yolu kimi təklif edirdi ki, realizmlə idealizmi sintez etmək gərəkdir. Yəni Amerika dəyərlərini dünyaya yaymağına yaymalıdır, lakin onu daha “ağıllı” etməlidir. Konkret olaraq, liberalizmlə realpolitikanı sintez etməyi bacarmalıdır.

Deyəsən, H.Kissincerin sözlərinə əməl edə biləcək prezident ABŞ-də hələ seçilməmişdir. H.Kissincer də taxtalı köydədir. Onun Bildenberq klubunun ilk 3 adamından biri olması da, deyəsən, işə yaramır.

Tramp fenomeni: güclü, yaxud “dəli”?

İkinci məqam, Amerika siysətində Donald Trampın “külək kimi əsməkdə” davam etməsi ilə bağlıdır. Bu siyasətçi, sözün həqiqi mənasında, ABŞ siyasi səhnəsinin “baş aktyorudur”! Hərəkəti, davranışı, həyat tərzi, siyasi proqnozları, mövqeyi, beynəlxalq münasibətlərə özünün münasibəti, Amerikanın dünyadakı yeri və rolu haqqında düşüncələri, biznesmen kimi komfort həyata bağlılığı ilə seçilir. Ağlı da yerindədir – hər halda C.Bayden kimi iki gündən bir yıxılmır və Cona Conson demir.

Ancaq 2016-cı ildən sonra Amerikanın tanınmş politoloqları və siyasi texnoloqları bir mövzuya girişməyə başladılar – Tramp siyasi lider kimi güclüdür, yoxsa “dəli”dir? Məsələn, Arçi Braun kimi bir mütəxəssis D.Trampın lider tipini müəyyən etmək üçün dünyanın bir sıra məşhur liderlərinin tipini politoloji araşdırmağa başlamışdır. Gəldiyi qənaət belədir ki¸ Tramp onların heç birinə aid deyildir. Cəmiyyətdə də fikir ayrılığı mövcuddur – bir qism Trampı güclü sayır, digər qism isə “dəli”.

Ancaq ortada açıq bir paradoks var. Çünki dəli dedikləri adam Respublika partiyasının prezidentliyə namizədidir. Faktiki olaraq bu “dəli” ABŞ-nin prezidentliyə iki namizədindən biridir. Bəlkə də bu yazı dərc olunana qədər prezident seçildi. Olmaya da bilər. Lakin fakt faktdır – Amerika cəmiyyətində D.Trampı dəstəkləyənlər çoxdur və onun namizədliyini Respublika partiyası irəli sürmüşdür. Qəribə sual meydana çıxır: Amerikada neçə milyon “dəli” var? Əlbəttə, sual tam ritorikdir və kimisə təhqir etməyə yönəldilməmişdir. Ancaq politoloqlar ciddi elmi əsər yazanda Trampın güclü siyasətçiliyi ilə yanaşı, “dəli” olması məsələsi ilə müqayisə edirlərsə, bizlik bir iş yoxdur.

Digər tərəfdən, əlbəttə, biz əminik ki, D.Tramp dəli deyildir. Onu siyasi mövqeyinə görə belə təqdim etməyə çalışırlar. Yeganə “günahı” fərqli düşünməsidir. Buna görə kimlərsə onu “günah keçisi” etməyə çalışır. Lakin hər dəfə də reallıq öz sözünü deyir.

Harris, yoxsa Tramp?

Əslində, elə bir fərqi yoxdur. Kimin seçilməsindən asılı olmayaraq ABŞ öncədən müəyyən edilmiş xarici siyasətinin prioritetləri üzrə hərəkət edəcək. Bir sıra məsələlərdə Harrisin Trampdan və Trampın Harrisdən fərqli addımları ola bilər. Bütün variantlarda isə Amerikanın yenidən inforser olmağa çalışacağı şübhə doğurmur. Bu mənada noyabrın 5-i həm maraqlıdır, həm də sonucda elə bir şeyi həll etmir!

O cümlədən¸ çətin ki, ABŞ-nin yeni prezidenti Cənubi Qafqaz istiqamətində ədalətli siyasət aparmağa çalışa. Müəyyən nüansları çıxmaq şərti ilə Amerika bu geosiyasi məkana “907-ci düzəliş”in pəncərəsindən baxacaq! Bu, qəzetin mövqeyi deyildir, şəxsən mənim proqnozumdur!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri