Abşeron Mərkəzi Xəstəxanasında BİABIRÇI vəziyyət: Növbədə gözləyənlər, əzilənlər, XAOS
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xırdalanda yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanası ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Oxu.Az-a danışan şikayətçi qeyd edib ki, sözügedən səhiyyə ocağında hər gün ciddi izdiham və xaos yaşanır.
Buna səbəb isə xəstəxanada elektron növbə sisteminin tətbiq olunmamasıdır.
Vətəndaşın sözlərinə görə, bu gün səhər saatlarından etibarən xəstəxananın qarşısında uzun növbələr yaranıb. İçəri keçən pasiyentlər ayaq üstə saatlarla gözləməli olurlar. Bu isə insan sıxlığını və qarışıqlığı artırır. Vətəndaş qeyd edir ki, qarışıqda əzilən uşaqlar da var.
O əlavə edib ki, tibb müəssisəsində havalandırma və kondisioner sisteminin işləməməsi havasızlığa səbəb olur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 31 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















