Icma.az
close
up
RU
Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzində saxta hesabatlar hazırlanır? ŞİKAYƏT

Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzində saxta hesabatlar hazırlanır? ŞİKAYƏT

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya üzrə bölmə müdiri, epidemioloq köməkçisi Yaqut Abdullayeva qurumun baş həkimi Xalidə Hüseynovadan şikayətçidir.

Bu barədə o Oxu.Az-a danışıb.

Yaqut Abdullayeva iddia edir ki, mərkəzin baş həkimi Xalidə Hüseynova onun adından saxta hesabatlar hazırlayır:

"Mən 20 ildir burada işləyirəm. Baş həkim mənim adıma işlər görür, saxta hesabatlar tərtib edir, idarəni talayır. Mən özüm müraciət etmişəm ki, bu məsələ araşdırılsın. Adıma gətirilən dərmanların saxta hesabları hazırlanır, geriyə qalanı mənimsənilir. Kimyəvi maddələr, əlcək və s. gəlir. Bunlar dövlətin malıdır. Mənim adıma gələrək bunların talanması gələcəyim üçün təhlükə yaradır. Adımdan iş görülməsini istəmirəm, iş görülürüsə, dövlətin xəbəri olmalıdır. Mənim adımdan baş həkim 7 ayın saxta hesabatını baş idarəyə göndərib. Mənim istifadə etmədiyim məhsullar istifadə olunmuş kimi yazılıb. Bunu edirlərsə, öz adlarına etsinlər, mənim adımdan etməsinlər ".

O, haqsız yerə töhmət aldığını bildirib:

"Şikayəti edən mənəm. Mənim iştirakım olmadan müşavirə keçirilir. Şikayətçi olan tərəf kimi mənim iştirakım nəzərə alınmayıb. Hətta şöbə müdiri dura-dura mənə töhmət verilir. Hər biri barəsində bütün qurumlara şikayət etmişəm. Hətta əmək hüquqlarımın kobud şəkildə pozulmasına görə Əmək Müfəttişliyinə, yeyinti ilə bağlı Abşeron Rayon Prokurorluğuna şikayət etmişəm. Mənim şikayətlərimə qədər idarədə heç kim olmurdu. İstəyən işə gəlir, istəyən gəlmirdi. Müfəttişliyə verdiyim ərizəmi geri götürməm istənilirdi. Bu qədər vaxt keçib, amma müfəttişlik də mənə rəsmi cavab verməyib".

Baş həkim Xalidə Hüseynova öz açıqlamasında qeyd edib ki, Yaqut Abdullayevanın söylədiyi iddialar əsassızdır:

"Bir ildir mən bura təyin edilmişəm. O, əvvəlki müdirlərdən də şikayət edirdi. Əvvəlkilər pis idi, indi mən də pisəm? O, bütün müdirlərin hamısı ilə qərəzli insandır. Xanım heç cürə dayanmır. Tabeliyində olan dezinfeksiya işlərini aparır. Bununla əlaqədar ocaqlarda dezinfeksiya tədbirləri görür. Bizdə ona deyildi ki, niyə xidməti maşınla getdin, UAZ avtomobili ilə gedə bilərsən. Bundan sonra küsdü o. Mənə də iftira atmağa başladı. Hara şikayət etmişdisə, bütün qurumlar gəlib məni yoxladılar. Mən özüm də baş idarədə oldum, dedim ki, gəlib yoxlama aparsınlar. Özümə güvənirəm, bilirəm ki, hər hansı yeyintim yoxdur. Gəldilər akt tərtib etdilər, onun öz şöbəsində nöqsanlar çıxdı. Hansısa ocaqlarda dezinfeksiya tədbirləri ilə əlaqədar anbardara müraciət edib. Anbardar da aktla ona dərmanlar verib. Həmin dərmanların hara işlədilməsi barədə aktlar, jurnalda qeydlər yoxdur".

Baş həkim vurğulayır ki, Y.Abdullayeva iş rejimini pozur:

"Əvvəlki direktorlarla da eyni münasibətdə olub. Daima burada səs-küy yaradır, iş rejimini pozur. Bunu mən aktlaşdırmışam. Yoxlama nəticəsində onda çıxan nöqsanlara görə töhmət də vermişəm. Dedim ki, ən azından bundan sonra işini qaydasına qoyub işləyər. Müfəttişliyə də şikayət edilmişdi, gəlib yoxladılar, gördülər bütün sənədlərim qaydasındadır. Hər iddia o demək deyil ki, doğrudur. Heç vaxt dövlətə qarşı naxələflik etmərəm. 10-15 ildir bütün qurumlar xanımı tanıyır. Problemli insandır. Mən gedəcəm, bir başqası gələcək, ondan şikayət edəcək. İnsanları qoymurlar dövlətinə xidmət etsin, halal zəhməti ilə pulunu qazansın. Xanımın xasiyyəti budur".

X.Hüseynova keçirilən iclasa Y.Abdullayevanın çağırılmama məsələsinə aydınlıq gətirib:

"Yoxlama keçirən qurum şura iclası keçirdi. Həmin şura iclasına kimi çağırdılar, o getdi. Xanım Epidemioloji şöbəyə tabedir, oranın da şöbə müdirini çağırdılar. Şöbə müdirinə tapşırıq verilib, həmin xanımın şöbəsinə ciddi nəzarət edir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, Səhiyyə Nazirliyindən daxil olan şikayətlərlə əlaqədar RGEM-in sərəncamına əsasən Abşeron rayon GEM-də 2024-cü ilin dekabr ayında araşdırma aparılıb:

"Araşdırma zamanı aşkar olunan nöqsanlarla bağlı Mərkəzin direktor vəzifəsini icra edən Xalidə Hüseynovaya xəbərdarlıq edilib, şöbə və bölmələrdə olan nöqsanların aradan qaldırılması və tədbirlərin görülməsi üçün müddət verilib".

Sözügedən məsələ barəsində Baş Prokurorluğa və Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlanıb.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri