Icma.az
close
up
RU
İCARƏYƏ VERDİYİ OBYEKTİ SAXTA SƏNƏDLƏ ƏLƏ KEÇİRİLDİ Cəbrayıl sakini Gigiyena və Epidemiologiya Mərkəzinin direktorundan şikayətçidir

İCARƏYƏ VERDİYİ OBYEKTİ SAXTA SƏNƏDLƏ ƏLƏ KEÇİRİLDİ Cəbrayıl sakini Gigiyena və Epidemiologiya Mərkəzinin direktorundan şikayətçidir

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Cəbrayıl rayon sakini Həşimov Habil Fehruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev ona məxsus olan obyekti ələ keçirib:

“Bildirim ki, 2014-cü ildə Cəbrayıl rayonunda olan məcburi köçkünlər üçün Biləsuvar rayon ərazisində salınmış Cəbrayıl qəsəbəsində xırda ticarətlə məşğul oluram. 2014-cü ildə Cavanşir adlı şəxsə aid olan 13 otaqlı ticarət obyektini 20 min manata satın almışam. Bununla bağlı Cəbrayıl rayon İcra Hakimiyyətindən ilkin rəsmi sənədləri də almışam. Həmin vaxtdan otağın birini 80 manat müqabilində Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin hazırkı direktoru Sənan Mehralıyevə icarəyə vermişəm. Bunu Sənan Mehrəliyevin özü də prokurorluğa verdiyi ərizədə təsdiq edib.

Sənan Mehrəliyevin bir müddət sonra Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru təyin edildi. Cəbrayıl rayon İcra Hakimiyyətinin 1-ci müavini Tapdıq Nəsirovla yaxın dost münasibəti olduğundan, bundan sui-istifadə edərək 2023-cü ildə saxta sənəd alıb, obyektimi qardaşı Mehralıyev Elxan Alış oğlunun adına rəsmiləşdirmişdir. İndi nə obyektin pulunu, nə də aylıq hər otağa düşən 80 manat icarə pulunu vermir.

Qeyd edim ki, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev barəsində 2021-ci ildə Cəbrayıl Rayon Prokurorluğunda CM-nin 311.2 maddəsi ilə (rüşvət alma) cinayət işi açılıb. Hazırda iş Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin icratındadır. Belə bir məmur indi də mənə məxsus obyekti mənimsəməklə məşğuldur”.

Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri