Icma.az
close
up
RU
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub FOTOLAR

Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub FOTOLAR

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan xalqının döyüş meydanında düşmən üzərində şanlı qələbə qazandığı Vətən Müharibəsində, o cümlədən düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız Abşeron rayonunda növbəti dəfə yad edilib, onların anım və doğum günlərində məzarları ziyarət olunub, övladlarına və ailə üzvlərinə baş çəkilib, doğum günlərində şənliklər təşkil olunub.

Tribunainfo.az xəbər verir ki, şəhidlərimizin anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.

Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Heydərov Qadir Ədalət oğlunun, şəhid Vidadi Zalovun atası, Abşeron Ağsaqqallar Şurasının sədri Nizami Zalovun, şəhid Babək Allahverdiyevin anası Əsmər Allahverdiyevanın, şəhid Müsal Musayevin, şəhid Elşad Həsənovun, şəhid Elçin Həsənlinin və şəhid İşiyev Rəfailin oğlu Hüseyn İşiyevin doğum günlərində şəhidlərimizin məzarları ailə üzvləri ilə birgə ziyarət olunub, məzarları üzərinə çiçəklər düzülərək xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşülərək qayğıları ilə maraqlanılıb.

O cümlədən Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid Rauf İbadov haqqında yazılan, Vaqif Rəsul və Azər Hacıbəylinin müəllifi olduğu “Rənglər aləmindən gələn nağıllar” və “Haqq rəssamı” kitabları təqdim olunub. Eyni zamanda şəhidimizin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş edilib.

Tədbirdə, eləcə də şəhid ailələri ilə görüşlərdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə Azərbaycan xalqının düşmən üzərində qazandığı şanlı qələbədən danışıb. Şəhidlərimizin, igidlərimizin şücaətindən, ordumuzun düşməni diz çökdürən qəhrəmanlıqlarından söz açan Abdin Fərzəliyev işğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb.

Şəhid ailələri də öz növbələrində onlara daim diqqət və qayğının göstərildiyini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini qeyd edərək, bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Fotoları təqdim edirik

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 İyun 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see136

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see131

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

“Bayrağımız müstəqilliyimizin, qürurumuzun və varlığımızın simvoludur” SORĞU

10 Noyabr 2025 14:34see120

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri