Icma.az
close
up
RU
Abşeron rayonunda şəhidlərin məzarları ziyarət olunub, ailə üzvlərinə baş çəkilib

Abşeron rayonunda şəhidlərin məzarları ziyarət olunub, ailə üzvlərinə baş çəkilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan xalqının döyüş meydanında düşmən üzərində şanlı Qələbə qazandığı Vətən müharibəsində, o cümlədən düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız Abşeron rayonunda növbəti dəfə yad edilib, onların anım və doğum günlərində məzarları ziyarət olunub, övladlarına və ailə üzvlərinə baş çəkilib.

AZƏRTAC xəbər verir ki, Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Heydərov Qadir Ədalət oğlunun, şəhid Vidadi Zalovun atası, Abşeron Ağsaqqallar Şurasının sədri Nizami Zalovun, şəhid Babək Allahverdiyevin anası Əsmər Allahverdiyevanın, şəhid Müsal Musayevin, şəhid Elşad Həsənovun, şəhid Elçin Həsənlinin və şəhid İşiyev Rəfailin oğlu Hüseyn İşiyevin doğum günlərində şəhidlərimizin məzarları ailə üzvləri ilə birgə ziyarət olunub, məzarları üzərinə çiçəklər düzülərək xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşülərək qayğıları ilə maraqlanılıb.

O cümlədən Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid Rauf İbadov haqqında yazılan, Vaqif Rəsul və Azər Hacıbəylinin müəllifi olduğu “Rənglər aləmindən gələn nağıllar” və “Haqq rəssamı” kitabları təqdim olunub. Eyni zamanda, şəhidimizin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə, eləcə də şəhid ailələri ilə görüşlərdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə Azərbaycan xalqının düşmən üzərində qazandığı şanlı Qələbədən danışıb. Şəhidlərimizin, igidlərimizin şücaətindən, ordumuzun düşməni diz çökdürən qəhrəmanlıqlarından söz açan Abdin Fərzəliyev işğaldan azad olunan rayon və kəndlərimizdə sürətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb.

Şəhid ailələri də öz növbələrində onlara daim diqqət və qayğı göstərildiyini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini qeyd edərək, bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see201

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see130

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see130

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see120

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri