Icma.az
close
up
RU
Abşeron rayonunda “Suveren Azərbaycanda təhsil hüququnun konstitusion təminatı” mövzusunda silsilə tədbirlər keçirilir

Abşeron rayonunda “Suveren Azərbaycanda təhsil hüququnun konstitusion təminatı” mövzusunda silsilə tədbirlər keçirilir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 may, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin rəhbər və müəllim heyətinin “Suveren Azərbaycanda təhsil hüququnun konstitusion təminatı” mövzusunda gənclərlə görüşləri keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində baş tutan görüşlərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova, sözügedən universitet və kollecin rəhbər və müəllim heyəti, eləcə də rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşlərdə Qarabağ Universitetinin, habelə AzMİU-nun fəaliyyət istiqamətləri, ixtisasları barədə video təqdimatlar nümayiş olunub.

Tədbirlərdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova qeyd edib ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, məqsədyönlü tapşırıqları əsasında icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə olunmasına, yüksək nəticələrin qazanılmasına xidmət edir. Həmçinin Prezidentin Sərəncamı ilə Xankəndidə yaradılan Qarabağ Universiteti və 2025/2026-cı tədris ilində burada bakalavriat səviyyəsinə tələbə qəbulu aparılacaq ixtisaslar haqqında ətraflı məlumat verilib, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin ixtisas və peşə seçiminə kömək məqsədilə bu cür tədbirlərin davamlı təşkilinə, tədbirlərdə məktəb müəllimləri ilə yanaşı, valdeyinlərin də iştirakının vacibliyi qeyd edilib.

Abşeron rayonu Heydər Əliyev Mərkəzində AzMİU-nun professor və müəllim heyəti tərəfindən şagirdlər üçün keçirilən görüşdə universitet haqqında, həmçinin universitetə qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər, eyni zamanda, ikili diplom proqramları və onlara müraciət qaydaları, ixtisaslar, fakültələr, təhsil haqqı məsələləri, ixtisaslar üzrə ölkədə və xaricdə təcrübə şansları istiqamətində ətraflı məlumat verilib.

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində keçirilən tədbirdə isə tələbələr filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova tərəfindən orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ətraflı məlumatlandırılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri