Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Abşeron” TM yeni şəhərsalma təşəbbüslərində sahibkarların yanındadır

“Abşeron” TM yeni şəhərsalma təşəbbüslərində sahibkarların yanındadır

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə dövlət-özəl tərəfdaşlığına qoşulan Abşeron Ticarət Mərkəzi KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin) yanında İctimai Şuranın keçirdiyi ictimai müzakirəyə evsahibliyi edib. 

“Qafqazinfo” xəbər verir ki, sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi, biznes infrastrukturlarının müasir tələblərə uyğunlaşdırılması məqsədilə keçirilən ictimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri və 100-ə yaxın sahibkar iştirak edib.

İctimai müzakirə iştirakçıları Abşeron Ticarət Mərkəzi ilə tanış olaraq, yeni şəhərsalma çağırış və trendlərinə hazırlığı, mövcud imkanları barədə məlumatlanıblar.

Qonaqlara bildirilib ki, 2030-cu ilədək Azərbaycanda inşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda hazırda fəaliyyət göstərən bizneslərin böyümələrinə təhdid yoxdur. “Abşeron” Ticarət Mərkəzinin marketinq komandasının araşdırmasına görə, bunun səbəbi 2030-cu ilədək Azərbaycanda inşaat sektorunda hər il orta hesabla 13,2% böyümə gözlənməsidir. 

Sektorun inkişaf meyllərini, əhali artımı və şəhərsalma trendlərini nəzərə alan “Abşeron” Ticarət Mərkəzi Azərbaycan tikinti sektorundakı topdan və pərakəndəçilərin rahat böyüməsi üçün real platformadır. Ticarət Mərkəzinin logistika və gömrük baxımından əlverişli yerləşməsi onu sahibkarlar üçün rahat edir. 

Regionlara, eləcə də Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları “Abşeron” Ticarət Mərkəzinin digər üstünlükləridir. Müntəzəm ictimai nəqliyyat “Abşeron” Ticarət Mərkəzinə rahat alıcı axınını təmin edir. Abşeron Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən avtovağzalda gündəlik olaraq Salyan, Neftçala, Astara, Lənkəran, Şirvan da daxil olmaqla, ümumilikdə, 30-a yaxın istiqamət üzrə orta hesabla 115 reyslə 700-dən çox adam hərəkət edir. Ticarət Mərkəzində, həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir. 

Bunlardan başqa, Mərkəz sahibkarlara onların böyüməsi və əmlaklarının qorunması üçün çox vacib olan yanğından mühafizə, təhlükəsizlik, sığorta, anbar xidmətləri kimi xidmətlər də göstərir. Ticarət Mərkəzinin marketinq komandası kiçik bizneslərə sosial media marketinqi təlimləri verir, onlara sosial media səhifələrini yaratmaqda yardım göstərir, “Abşeron” Ticarət Mərkəzi sahibkarların müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirakına dəstək verir.   

“Abşeron” Ticarət Mərkəzi sahibkarlığa dəstəyi ilə yanaşı, müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir. Yüklənmiş şəhər mərkəzlərindən kənarda olmaqla, əhaliyə, nəqliyyatın hərəkətinə maneə yaratmamaqla bərabər, həm də genişlik, çeşid bolluğu, daha çox biznesə rahat fəaliyyət imkanı verir. 

300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Sahəsinə, planlanmasına və imkanlarına görə “Abşeron” Ticarət Mərkəzi Avropanın və Yaxın Şərqin bir çox ticarət mərkəzləri ilə müqayisə oluna bilər.
İctimai müzakirə iştirakçılarına “Abşeron” Ticarət Mərkəzinin paytaxtda ticarət və xidmət infrastrukturunun, mövcud ticarət məkanlarının yenilənməsi zamanı biznes subyektlərinin fəaliyyətinə əlverişli şərait yaratdığı və əməkdaşlıqlara hazır olduğu vurğulanıb.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri