“Abşeron” yatağında yeni qaz emalı zavodu inşa ediləcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Abşeron” yatağında yeni qaz emalı zavodu inşa ediləcək.
“APA-Economics” xəbər verir ki, bunu "Bakı Enerji Forumu"nda çıxışı zamanı Total Energies şirkətinin Avropanın kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou deyib.
O bildirib ki, yeni zavod “onshore” formatında olacaq, yəni quruda yerləşəcək: "Bu zavodun Abşeron layihəsinin növbəti mərhələsində reallaşdırılması planlaşdırılır. Zavodun layihələndirilməsində əsas məqsəd – sistemin mümkün qədər sadə, səmərəli və kiçik sahədə qurulmasıdır. Total Energies bu yanaşmanı daha öncə İraqda uğurla tətbiq etdi və Azərbaycan üçün də eyni model faydalı olacaq”.
Qeyd edilib ki, layihə karbon izini azaltmağa da xidmət edəcək.
Şirkətin baş vitse-prezidenti qaz emalı zavodunun həm texniki, həm də ekoloji baxımdan müasir standartlara cavab verməsinin hədəfləndiyini qeyd edib. Şirkət artıq bu istiqamətdə planlaşdırma və texnoloji hazırlıq işlərinə başladığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 İyun 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















