Abşeronda avtoş luğa qarşı REYD: 30 sürücü saxlanıldı VİDEO
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi istiqamətində profilaktik tədbirlər davam etdirilir.
Lent.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti tədbirlər zamanı motoxuliqanlıq edən, yüksək səs-küy yaradaraq sakinlərin rahatlığını pozan, eləcə də sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 30 nəfər saxlanılıb.
Tədbirlər zamanı, həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq və səsboğucu qurğular quraşdıran 12, narkotik vasitənin təsiri altında avtomobil idarə edən 2 sürücü barəsində inzibati protokollar tərtib olunub.
Abşeron rayonunda bu istiqamətdə nəzarət-profilaktik tədbirləri davam etdirilir. Bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 08 Sentyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















