Icma.az
close
up
RU
Abşeronda qanunsuz tikintilər genişlənib: məsləhətçi memarı da əvəzləyir?

Abşeronda qanunsuz tikintilər genişlənib: məsləhətçi memarı da əvəzləyir?

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeron rayonunda sənədsiz evlərin sayının sürətlə artması Nazirlər Kabinetində və İqtisadiyyat Nazirliyində təlaşla izlənilir.

Mia.az xəbər verir ki, bu barədə Azfakt.com saytı yazıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarış vermədiyi çoxlu ərazilər zəbt edilib: "Əlbəttə, Əmlak Məsələləri Dövlət Xidməti istəsə belə həmin torpaqlara və tikintilərə çıxarış verə bilməz. Çünki həmin ərazilərin böyük əksəriyyətinin təyinatı kənd təsərrüfatıdır.
Xatırladaq ki, Abşeron rayonunda sənədsiz evlər həddindən artıq çox olması uzun illərdir ki, narahatlıq yaradan faktordur. Bundan əvvəl 2020-ci ildə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev və bir sıra bələdiyyə sədrləri, o cümlədən icra nümayəndələri həbs olunmuşdu. Həmin qalmaqallı həbslərdən sonra isə Abşeronun icra başçısı İradə Gülməmədova vəzifədən alınmış, onu yerinə isə Abidin Fərzəliyev Abşerona təyin almışdı.
Bu təyinatdan sonra Abşeronda səsndsiz evlərin azalmısı gözləntiləri olsa da, bu gözləntilər özünü doğrultmayıb və Abidin Fərzəliyevin təyinatından sonra sənədsiz evlərin sayı sürətlə artmağa başlayıb. Hazırda isə problem o qədər böyüyüb ki, Abşeronda yeni həbslərin olacağı qaçınılmaz kimi görünməkdədir".

Bildirdiyinə görə, Abşeronda qanunsuz tikintilərə icazəni bir qayda olaraq icra başçısının "sağ əli" Nurlan Həsənov verir və bu icazə şifahi olur:

"Nurlan Həsənov Nərimonov rayon icra hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin edildikdən sonra Nurlan Həsənov Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Amma onun əsas işi Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir. Yəni, Abşeronda torpaq almaq üçün bələdiyyə sənədi tələb olunsa da, tikintiyə rəsmi icazə verilmir. Çünki torpaq sahələri üçün verilən bələdiyyə sənədlərinin əksəriyyəti də, əslində, saxta olur. Nurlan Həsənovun şifahi razılıq verdiyi “icazə”dən sonra isə istənilən şəxs tikinti işləri apara bilir. Belə bir “icazə”si olmayan heç kim Abşeronda daşı daş üstünə qoya bilməz. “İcazə”nin necə verilməsinin təfərrüatlarına isə girmək istəmirik, çünki bu, özü-özlüyündən aydındır".

Xatırladaq ki, Abşeron rayonunda torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Ona görə də həmin torpaqlarda ev tikmək qanunla qadağandır və həmin torpaqlara tikinti icazəsi verilməsi üçün Nazirlər Kabineti tərəfindən torpaqların təyinatı dəyişdirilməlidir. Amma Abşeronun icra başçısının nümayəndələri həmin torpağın üstündə tikinti aparmaq üçün “icazə” vermək problem deyil. Yəni Nurlan Həsənov üçün…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Yanvar 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri