Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan iqtisadi əməkdaşlığında yeni mərhələ

Azərbaycan Gürcüstan iqtisadi əməkdaşlığında yeni mərhələ

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Gürcüstan arasındakı iqtisadi münasibətlər strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Hər iki ölkəni birləşdirən əsas amillərdən biri də Avropa ilə Asiya arasında formalaşan nəqliyyat, logistika və enerji marşrutlarıdır. Azərbaycanın Xəzər dənizinə, Gürcüstanın isə Qara dənizə çıxışı bu ölkələrə mühüm geoiqtisadi üstünlük qazandırır. Bu baxımdan iki ölkənin əməkdaşlığı regional ticarətin inkişafı, beynəlxalq yükdaşımaların genişləndirilməsi və yeni bazarlara çıxış baxımından xüsusi əhəmiyyət daşıyır.

Oktyabrın 30-da Gürcüstanın Siqnaxi şəhərində keçirilən Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində imzalanan sənədlər də məhz bu hədəflərə xidmət edir. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Mamuka Barataşvilinin imzaladığı “İpək Yolu – Abreşumis Qza” birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin praktiki fəaliyyətinə dair Protokol sərhəd-keçid infrastrukturunun inkişafında yeni mərhələ hesab oluna bilər.

Söhbət Ağstafa-Qardabani istiqamətində birgə sərhəd-keçid məntəqəsinin fəaliyyətinin praktiki müstəvidə təşkilindən gedir. Layihənin reallaşması sərhəd prosedurlarının daha səmərəli həyata keçirilməsinə, yük və nəqliyyat vasitələrinin hərəkətinin sürətlənməsinə, gözləmə müddətinin və logistika xərclərinin azalmasına imkan yarada bilər. Bu isə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi, Mərkəzi Asiyadan Avropaya daşınan yüklərin hərəkətinin asanlaşdırılması baxımından əhəmiyyətlidir.

İqtisadi əlaqələrin genişlənməsi ticarət göstəricilərində də özünü göstərir. 2026-cı ilin ilk doqquz ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 42 faiz artaraq 1 milyard dollara yaxınlaşıb. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcminin təxminən 4 milyard dollara çatması da tərəfdaşlığın geniş miqyasını nümayiş etdirir.

Əməkdaşlığın digər mühüm istiqaməti kənd təsərrüfatıdır. Qida Təhlükəsizliyi Agentliyi ilə Gürcüstanın Milli Qida Agentliyi arasında bitki karantini, bitki mühafizəsi və baytarlıq sahələrində imzalanan Anlaşma memorandumları aqrar ticarətin inkişafına əlavə imkanlar açır. Bu sənədlər fitosanitar və baytarlıq nəzarəti sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, məhsulların təhlükəsizliyinin təmin olunmasına, ixrac prosedurlarının asanlaşdırılmasına və sahibkarların üzləşdiyi inzibati maneələrin azaldılmasına xidmət edə bilər. Nəticədə, hər iki ölkənin kənd təsərrüfatı istehsalçıları üçün qarşılıqlı bazarlara çıxış imkanları genişlənə bilər.

Energetika da Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının əsas sütunlarından biridir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu iki ölkənin regional və beynəlxalq iqtisadi mövqeyini gücləndirən layihələrdir. Hazırda yaşıl enerjinin ötürülməsi üzrə regional dəhlizin yaradılması istiqamətində əməkdaşlıq da yeni investisiya və ixrac perspektivləri formalaşdırır.

Bununla belə, Azərbaycan və Gürcüstanın iqtisadi əməkdaşlığının gələcək perspektivləri tranzit imkanları ilə məhdudlaşmamalıdır. Əsas məqsəd mövcud coğrafi üstünlüyü yerli istehsalın, emal sənayesinin və ixracın inkişafına yönəltməkdir. Yüklərin daşınması ilə yanaşı, onların çeşidlənməsi, qablaşdırılması, saxlanılması və emalı daha yüksək əlavə dəyər yarada bilər. Bu baxımdan logistika mərkəzləri, sənaye parkları və birgə investisiya layihələri xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə, Siqnaxidə imzalanan sənədlər Azərbaycan-Gürcüstan iqtisadi münasibətlərinin praktiki məzmununun genişləndirilməsinə xidmət edir. Sərhəd-keçid imkanlarının artırılması, aqrar ticarətdə prosedurların əlaqələndirilməsi və enerji əməkdaşlığının yeni istiqamətlərinin inkişafı hər iki ölkənin regional iqtisadi inteqrasiyasına töhfə verə bilər. Başlıca perspektiv isə Azərbaycan və Gürcüstanın təkcə tranzit marşrutlarının iştirakçıları deyil, eyni zamanda istehsal, ticarət və logistika sahələrində bir-birini tamamlayan regional iqtisadi mərkəzlərə çevrilməsidir.

Asif İBRAHİMOV,
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti sədrinin müşaviri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri