Icma.az
close
up
RU
ABŞnin Azərbaycandakı səfiri diplomatik xidmətdən istefa verib

ABŞnin Azərbaycandakı səfiri diplomatik xidmətdən istefa verib

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm.

2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam etmişdir.

Pravda.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycan Respublikasındakı səfiri Mark Libbynin bəyanatında bildirilib.

Bakıya gəldiyim vaxtdan etibarən xüsusilə minnətdar olduğum Mərkəzi Klinikadakı diaqnostik radiologiya komandasının qayğısı da daxil olmaqla, əla tibbi xidmətdən faydalanmışam. Lakin son test nəticələri göstərir ki, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmaq vaxtıdır. Buna görə də, mən bu son dərəcə məşğul, lakin son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm.

Bakıdakı səlahiyyət müddətim ərzində ABŞ Səfirlik komandasının və mənim gördüyümüz işlərlə inanılmaz qürur duyuram. Biz ingilis dili proqramlarına sponsorluq etməklə, ABŞ-də təhsil alan azərbaycanlıların sayını xeyli artırmaqla, habelə, geniş səpkili ABŞ alimlərinin, idmançılarının və mədəni təmsilçilərinin Azərbaycana səfərlərinə dəstək verməklə xalqlar arasında güclü əlaqələr qurmuşuq. Biz iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurmuşuq. COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər.

Azərbaycanda insan haqlarının qorunmasını təşviq etmək və Cənubi Qafqazda davamlı, layiqli sülhə kömək etmək üçün görüləcək işlər çoxdur. Lakin mən inanıram ki, ötən il ərzində bizim ikitərəfli münasibətlərimizdə şahidi olduğumuz çətinliklə qazanılmış irəliləyişlər qarşıdan gələn həftələr, aylar və illərdə bu və digər sahələrdə daha yaxşı və daha uğurlu əməkdaşlığın təməlini qoyur. Mən ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə böyük nikbinlik hissi ilə buranı tərk edirəm. Mən bu mətin xalqa və Azərbaycanın hər yerində həyat yoldaşım Danusia və mənim qarşılaşdığımız heyrətamiz təbiət gözəlliklərinə və coşqun qonaqpərvərliyə olan böyük sevgi ilə buranı tərk edirəm. Hamınıza təşəkkür edirik.

Allah bu gözəl ölkəni qorusun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see197

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see127

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see124

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see122

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see118

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see118

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see117

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see116

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see116

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see115

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see115

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see115

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see115

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see115

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see114

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see114

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see114

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see114

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see113

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri