Abubakar transferi nə yerdədir?
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kamerun millisinin hücumçusu Vensan Abubakar “Neftçi” ilə danışıqları davam etdirir.
Futbolpress.az xəbər verir ki, 33 yaşlı forvard Azərbaycan klubundan gələn təklifi özü üçün yeni şans kimi qiymətləndirir. Təcrübəli hücumçu bu transferlə Kamerun yığmasına qayıtmağı da planlaşdırır.
Hazırda tərəflər maliyyə məsələlərini müzakirə edirlər. “Neftçi” ulduz oyunçuya birillik müqavilə təklif edib. Paytaxt təmsilçisi Abubakara bu müddət üçün 500 min avro ödəməyə hazırdır.
Lakin “ağ-qaralar” bu yarışda tək deyil. İran klublarından “Esteqlal” və “Persepolis” də futbolçunun xidmətində maraqlıdır. Klub hazırda Abubakarın cavabını gözləyir.
Kamerun millisinin heyətində 114 oyuna 45 qol vuran Abubakar karyerası ərzində “Loryan”, “Portu”, “Beşiktaş” və “Əl-Nəsr” kimi klublarda da çıxış edib.
Baxış sayı:105
Bu xəbər 27 Sentyabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















