Icma.az
close
up
RU
AccessBank və AYİB dən qadın sahibkarlığına dəstək: Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı

AccessBank və AYİB dən qadın sahibkarlığına dəstək: Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Azərbaycanda sahibkarlığın davamlı inkişafına uzun illərdir töhfə verən AccessBank, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirdiyi Access2Success layihəsinin dördüncü dəfə uğurla başa çatdığını qürurla elan edir. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə reallaşdırılan bu təşəbbüs, ölkədə qadın sahibkarlığının gücləndirilməsinə və onların biznes potensialının üzə çıxarılmasına yönəlib.

Layihəyə bu il də böyük maraq göstərilib – iştirak üçün 300-dən çox müraciət daxil olub. Seçim mərhələsini uğurla keçən 50 qadın sahibkar biznesin idarə edilməsi, satış və marketinq, liderlik və emosional idarəetmə, uğurlu biznesin hüquqi aspektləri, eləcə də maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını inkişaf etdirərək proqramı müvəffəqiyyətlə tamamlayıblar. Təlimlər AccessBank-ın peşəkar mütəxəssisləri və öz sahəsində geniş təcrübəyə malik ekspertlər tərəfindən keçirilib.

"Dayanıqlı sahibkarlıq modellərinin formalaşdırılmasına dəstək AccessBank üçün əsas prioritetlərdəndir. ‘Access2Success’ proqramı vasitəsilə qadın sahibkarların bilik və bacarıqlarını gücləndirir, onların bizneslərini daha inamlı və dayanıqlı şəkildə inkişaf etdirmələrinə şərait yaradırıq. Bu dəyərli əməkdaşlığa görə Avropa Yenidənqurma və İnkişaf Bankına təşəkkürümüzü bildiririk. AccessBank olaraq bu təşəbbüsü gələcək illərdə də ardıcıl və genişmiqyaslı şəkildə davam etdirmək əzmindəyik”,- bunu AcessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri layihənin əhəmiyyətini vurğulayaraq bildirib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı fəaliyyətində əsas prioritetlərdən biri qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Strateji tərəfdaşlarımızdan olan AccessBank ilə birgə həyata keçirdiyimiz «Access2Success» təşəbbüsü qadın sahibkarlığının dayanıqlı inkişafına real töhfə verən nümunəvi layihələrdəndir. EBRD gələcəkdə də bu kimi sosial və iqtisadi təsir gücünə malik təşəbbüslərə dəstəyini davam etdirəcək”, - Azərbaycan üzrə Biznes Məsləhətləri Proqramının baş meneceri Samir Həmidov qeyd edib.

Qeyd edək ki, "Access2Success” layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib və hər il təxminən 50 qadın sahibkarı əhatə edir. İndiyədək proqramda 200-dən çox qadın sahibkar iştirak edib. Konsaltinq, turizm, təhsil, səhiyyə, yaradıcılıq, mədəniyyət və digər sahələrdə fəaliyyət göstərən iştirakçılar altı həftəlik intensiv təlimlər çərçivəsində həm nəzəri, həm də praktik biliklər əldə edərək öz bizneslərinin inkişafı üçün möhkəm təməl formalaşdırıblar.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri