AÇG və “Şahdəniz”dən indiyədək 648 mln. ton neft hasil edilib
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 dekabr 2024-cü il tarixinədək 648,4 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 462,8 milyard kubmetr qaz hasil edilib.
Bu barədə “APA-Economics”ə Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli”dən 600,1 milyon ton neft, 228,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb.
Bu yataqlardan 1 dekabr tarixinədək 646,4 milyon ton neft, 167,6 milyard kubmetr qaz ixraca nəql edilib.




AÇG və “Şahdəniz”dən indiyədək 648 mln. ton neft hasil edilib
11 Dekabr 2024 11:29
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
15 Yanvar 2025 11:31
AÇG və “Şahdəniz”dən hasil olunan neft və qazın həcmi açıqlanıb
18 Noyabr 2024 11:25
AÇG və “Şahdəniz”dən hasil edilən qazın 36 faizdən çoxu ixrac edilib
14 Aprel 2025 14:00

