“ACI World” Təşkilatının baş icraçı direktoru: Qonaqpərvərliyə görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 20 noyabr, AZƏRTAC
“Airports Council International (ACI) World” təşkilatı hava limanlarını beynəlxalq müstəvidə təmsil edir. COP29 konfransında iştirak etməkdən, Bakıda olmaqdan məmnunluq duyuruq. Qonaqpərvərliyə və bizə göstərilən dəstəyə görə təşkilatımızın adından Azərbaycana dərin minnətdarlığımızı bildirmək istərdim.
AZƏRTAC xəbər verir ki, bunu “Airports Council International (ACI) World” təşkilatının baş icraçı direktoru Castin Erbaçi jurnalistlərə müsahibəsində deyib.
“Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun əməkdaşları Hava Limanları Karbon Akkreditasiyasına (ACA) nail olmaq üçün böyük səy göstəriblər.
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportuna Hava Limanları Karbon Akkreditasiyası (ACA) proqramının 2-ci səviyyə “Azaltma” sertifikatı təqdim olundu. Bununla da həmin aeroportun dayanıqlı bir hava limanına çevrilməsi istiqamətində böyük addımlar atılmış oldu. Bu isə bizim birgə hədəfimizə - 2050-ci ilədək karbon neytrallığına nail olmaq üçün çox zəruridir”, - deyə C.Erbaçi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Noyabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















