Icma.az
close
up
RU
“Açıq aşkar, heç kimdən çəkinmədən əclaflıq edirlər” MÜSAHİBƏ

“Açıq aşkar, heç kimdən çəkinmədən əclaflıq edirlər” MÜSAHİBƏ

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kitabın üz qabığında adətən müəllifin və nəşriyyatın adı görünür. Lakin həmin kitabın oxucuya çatmasında mühüm rol oynayan tərcüməçilərin və redaktorların əməyi çox vaxt kölgədə qalır. Son illər tərcüməçilər tərəfindən nəşriyyatlarla bağlı səsləndirilən narazılıqlar isə bu sahədə ciddi problemlərin mövcudluğunu göstərir. Qonorardan kəsintilər, gecikdirilən ödənişlər, hətta əməyin qarşılığının ümumiyyətlə verilməməsi ilə bağlı iddialar kitab bazarında münasibətlərin hansı vəziyyətdə olduğunu gündəmə gətirib. Bəs nəşriyyatlarla tərcüməçilər arasında yaranan bu gərginliyin səbəbi nədir? Əqli əməyin dəyəri niyə hələ də mübahisə mövzusuna çevrilir?

Məsələ ilə bağlı “Yeni Sabah”ın suallarını şair, tərcüməçi, publisist Azad Yaşar cavablandırıb. Müsahibimizlə söhbətdə kitab nəşri sahəsinin görünməyən tərəflərinə işıq salmağa çalışdıq.

- Tərcüməçilər tez-tez nəşriyyatlardan şikayətlər edirlər. Bildirirlər ki, vəsaitləri kəsilir və ya mənimsənilir. Sizcə, doğrudan da vəziyyət belədirmi? Problemləri aradan qaldırmaq üçün nələr etmək lazımdır? Dördpendirli pizza

- Belə hallara bizdə sıx rast gəlinir. Ən betəri də odur ki, aparıcı və imkanlı nəşriyyatlar buna yol verir. Halbuki məhz onlar belə etməməlidirlər. Həm də təkcə tərcüməçilərə qarşı yox, elə redaktor və korrektorlara münasibətdə də belə davranırlar. Yəni onların haqqına girirlər. Bənzər halları aradan qaldırmaqdan ötrü müvafiq şikayət instansiyaları olmalıdır, mövcud instansiyalar isə haqqı tapdanan şəxslərə dərin həssasiyyətlə yanaşmalıdırlar. Ya da tərcüməçilər də, digər sənət xadimləri və ya naşirlər kimi, öz peşə birliklərini təsis etməli, bu cür məsələlərə hüquqi müstəvidə vaxtaşırı aydınlıq gətirməlidirlər.

- Ən çox hansı nəşriyyatlarla maddi problemlər yaranır?

- Kitab satış sərgilərində ən iri pavilyonları, şəhərdə ən çox mağazası olan nəşriyyatlar. Bunları isə hamı tanıyır, çünki daim göz qabağındadırlar.

- Sizcə, nəşriyyatlar doğrudan da tərcüməçinin əməyini istismar edirmi?

- Hə. Bəzən kitab çapa gedir, satılır, 2-ci, 3-cü nəşrləri də olur, amma tərcüməçinin haqqı zalımcasına və ya nədənsə ödənmir. Halbuki sadalanan mərhələlərdə naşir həmişə pul qazanır. Amma onu əməyi keçən tərəf müqabilləriylə paylaşmaq istəmir. Yəni açıq-aşkar, heç kimdən və heç nədən çəkinmədən əclaflıq edir. Son nəticədə qarşı tərəflə münasibətlərini həmişəlik korlayır, üzüb-atır.

- Hazırda ümumi qiymətlər hansı aralıqdadır və sizi qane edirmi?

- Tərcüməçilər və redaktorların əməyi boşluqlar da nəzərə alınmaqla, 2.000 işarə üçün hesablanır. Tərcümə üçün qonorar məbləği 6-16 manat arasında dəyişir. Mətnin qəlizliyi, terminlərin bolluğu da bu qiymətə ciddi təsir göstərir. Əməyin qiymətləndirilməsində sözügedən mütəxəssislərin iş təcrübələri və ciddi uğurları da önəmli yerə malikdir. Təklif olunan qiymətlər məni qane etməyəndə, əməkdaşlıqdan dərhal imtina edirəm. Çünki intellektual əməyimə layiqincə dəyər verməyən bir qurumla işləmək zamanla məni öz gözümdən də sala bilər. Buna niyə razı olum ki?! Nə mən qulam, nə də onlar quldardır...

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyun 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri