Icma.az
close
up
RU
Açıq havada satılan süd məhsullarının təhlükəsi: görünməyən risklər nələrdir?

Açıq havada satılan süd məhsullarının təhlükəsi: görünməyən risklər nələrdir?

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın bir sıra bazarlarında, hətta küçələrdə və yol kənarlarında heç bir gigiyenik norma gözlənilmədən satışa çıxarılan süd məhsullarına tez-tez rast gəlinir. Bu isə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar doğurur.

Bəs açıq havada süd məhsullarının satılmasının əsas riskləri nələrdir?

Qida eksperti İlkin Şirinov Ölkə.az-a açıqlamasında bildirib ki, küçədə satılan qidalar, istər süd-qatıq məhsulları olsun, istər digər qidalar, insan sağlamlığına birbaşa ziyan vurmağa sanki fokuslanıb.

Onun sözlərinə görə, bu kimi satış yerləri artdıqca, sanki insanlar daha çox maraqlanır və buradan məhsul almağa üstünlük verirlər:

"Yəni burada, bildiyimiz kimi, heç bir nəzarət mexanizmi yoxdur. Küçə satışında hər hansı məhsulun partiya nömrəsi, baytarlıq şəhadətnaməsi və gigiyenik sertifikatı ilə heç kim məşğul ola bilmir. Çünki bu küçədə satışdır. Bugün burada satılır, sabah başqa yerdədir, bir gün metronun qarşısında, digər gün başqa bir bazarın qarşısında satış olur. Bu kimi yerlərdə satılan məhsullar insan sağlamlığını riskə atmaqdan başqa bir faydalı məqsədə xidmət etmir.

Süd-qatıq məhsullarının küçə satışında, ümumiyyətlə, süd, qatıq, pendir, şor, süzmə kimi məhsulların antisanitär şəraitdə, gigiyena qaydalarına əməl olunmadan satılması bakteriya mənbəyinin yaranması deməkdir. Bu isə sağlam insanlarda, eləcə də müəyyən xəstəlikdən əziyyət çəkən insanlarda birbaşa risk yaradır. Süd məhsullarında yarana bilən listeriya bakteriyası insan sağlamlığını təhlükəyə atır. Bu, yeganə bakteriyadır ki, soyuqda belə çoxala bilir. Əgər süd və süd məhsulları antisanitär şəraitdə saxlanılırsa, listeriyanın qarşısını almaq mümkün deyil. Hətta iki-dörd dərəcə temperaturda saxlanılsa belə, bu bakteriyalar artmağa başlayır.

Bundan əlavə, südün, qatığın saxlandığı qablar qida üçün nəzərdə tutulmuş olmalı və gigiyenik vəziyyətinə əməl olunmalıdır. Həmçinin, heyvanlar sağılan qablar da gigiyenik və təmiz olmalıdır ki, məhsullar xüsusilə uşaqlar və hamilə qadınlar üçün təhlükə yaratmasın. Əgər mikrob və bakteriya artıq çoxalmışdırsa, yaranan fəsad qaçılmazdır və bundan əziyyət çəkən yenə insanlar olacaqdır.

Gəlin bir də baxaq: orada satılan məhsullar tam şəkildə təbii məhsullardırmı? Məsələn, pendir satılırsa, biz bildiyimiz kimi, orta yağlılıqda 8-10 litr süddən 1 kiloqram pendir əldə etmək mümkündür. Tam yağlı pendirdə isə 6-7 litr süddən 1 kiloqram pendir alınır. Süddəki qiyməti nəzərə alsaq (təxminən 1 manat 20 qəpikdən), işçi haqqı və enerji xərclərini də əlavə etsək, 1 kiloqram pendirin qiyməti 10 manatdan çox olmalıdır.

Amma bugün satışda olan 5-8 manatlıq pendirlər nədən hazırlanır? Artıq bunun özü sual altındadır. Bu pendirlərin hazırlanmasında hansı qatqılardan istifadə olunur? Südün yağlılığı artırmaq üçün kənardan yağlar və müəyyən bitki yağları qatılır. Məhsulların sertifikatı olsa belə, keyfiyyət və yağ tərkibindən burada danışmaq olmur".

Qida eksperti saxta və keyfiyyətsiz məhsulları necə ayırd etmək barədə danışarkən bir neçə əsas məqama diqqət çəkdi:

"Biz pendirin təbii olub olmadığını birinci növbədə qiymətinə görə təxmin edə bilərik. İkinci meyar isə dadıdır: pendirin yağ tərkibi çıxarılıb, yoxsa saxlanılıb, dadından bunu hiss etmək mümkündür. Bildiyimiz kimi, saxta pendirlərdə bol duz istifadə olunur ki, insanlar fərqinə varmasın. Saxta pendir dediyimiz məhsullar, südün separator vasitəsilə ayrılıb yağı çıxarıldıqdan sonra hazırlanmış pendirlərdir.

Qatıq da eyni qaydada: təbii şəraitdə hazırlanmış, pasterizə olunmuş və gigiyena qaydalarına əməl olunaraq hazırlanmış qatıq təbii qatıq sayılır. Amma günümüzdə satılan qatığın çoxu quru süd və ya kimyəvi qatqılarla hazırlanır ki, onun rəf ömrü uzadılsın və soyuducularda 20-30 gün qala bilsin. Təbii qatıq isə bu qədər uzun müddət saxlanıla bilməz. Onu götürdükdə və qaba boşaltdıqda qatığın təbii suyunun şəffaflığından fərq etmək mümkündür. Süni şəkildə hazırlanmış qatıq gel forması xatırladır və suyu ağ rəngə bənzəyir. Su qatılmış süd isə daha çox köpüklüdür və üzərində yağ təbəqəsi olmur. Su qatılmış süd sanki bişdikdən sonra qabın çöküntüsündə də hər hansısa bir süd qalığı olmur. Amma təbbi süd də görmək mümkündür. Təbii südün qoxusundan belə fərqi hiss etmək mümkündür, amma su qatılmış süd də bunu görmək mümkün deyil".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Noyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri