Icma.az
close
up
RU
“Aclıq etmiş tələbə televiziyadakı çıxışında Nemət Pənahovu köhnə rəhbərliyin adamı kimi təqdim etdi...”

“Aclıq etmiş tələbə televiziyadakı çıxışında Nemət Pənahovu köhnə rəhbərliyin adamı kimi təqdim etdi...”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu çıxış getdikcə, çoxlarını ayılmağa, hadisələrə dərindən yanaşmağa vadar edirdi...”

“Artıq çox vaxt çətində Nemətin köməyinə çatan Tofiq Fikrətin “Millət şərqisi” şeiri də əvvəlki effektini vermirdi...”

...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...

Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...

(Əvvəli burada:)

“...Ayın 30-na qədər camaat hərbi vəziyyət qanunları ilə razılaşaraq, onun tələblərinə, demək olar ki, tam əməl edirdilər. Ancaq bu vaxtdan etibarən rayondan gələn yemək maşınlarının şəhərə daxil olmasını məhdudlaşdırmağa başladılar. Buna görə meydanın ərzaqla təmin olunması əziyyəti əsasən Bakı camaatının, xüsusən də ətraf qəsəbə sakinlərinin üzərinə düşürdü. Bu camaat heç bir təmənna güdmədən böyük səxavətlə mitinq iştirakçılarını gecə-gündüz ərzaqla təmin edirdilər. Tez-tez restoran, yeməkxana işçilərindən “İndiyə kimi siz bizi dolan-dırmısınız, indi isə biz sizi dolandırmalıyıq” sözləri eşidilirdi...

Bir neçə gün bundan qabaq isә şəhərə Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi axını başlanmışdı. Bəziləri bu faktı mitinqdə Ermənistanda azərbaycanlılara  muxtariyyət verilməsi tələblərinin səslənməsi ilə əlaqələndirirdi. Əslində isə bu, ermənilərin tarixi planlarının mühüm tərkib hissələrindən biri idi. Ev-eşikləri talan olunmuş, özləri təhqir olunaraq qışın bu soyuq günlərində doğma məskənlərindən qovulan soy-daşlarımız kütləvi surətdə Bakıya gəlməyə başlamışdılar...

Ayın 30-da yadda qalan təəssüratlardan biri də Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi, aclıq elan etmiş Namiq Miralay oğlu Zeynalovun televiziya çıxışının doğurduğu söz-söhbətin davam etməsi idi. Əslən Ağdam rayonundan olan Namiq Zeynalov televiziya vasitəsilə çıxış edərək Nemət Pənahovu 1970-ci illərdə hakimiyyətdə olmuş köhnə rəhbərliyin adamı kimi təqdim edib, onu xalqı parçalamaqda, meydanda yığılan pulları mənimsəməkdə günahlandırırdı. Meydanda, küçədə, demək olar ki, hər yerdə bu çıxışların qızğın müzakirəsi gedirdi. Əksəriyyət bunu böhtan, Neməti gözdən salmaq kimi qiymətləndirir, N.Zeynalovu isə “hökumət adamı” kimi satqınlıqda günahlandırırdılar. Həmin dövrdə böyük hünər tələb edən bu çıxışı bəyənənlər də var idi. Bir qrup ayıq adamlar, xüsusilə də ziyalılar çəkinə-çəkinə də olsa, bu çıxışın həqiqətə uyğun olduğunu etiraf edirdilər. Bu çıxış getdikcə, çoxlarını ayılmağa, hadisələrə dərindən yanaşmağa vadar edirdi...

Dekabrın 1-dən meydanda vəziyyət dəyişməyə başladı. Namiq Zeynalovun və ona bəraət qazandıran İnşaat Mühəndisləri İnstitutunun bir neçə tələbəsinin televiziya çıxışları çox adamların fikirlərinə aydınlıq gətirmişdi. Onu da deyim ki, elə bu səbəbdən idi ki, istintaq vaxtı bir çox ziyalılarımızın Nemət haqqındakı obyektiv ifadələri onun tərəfindən mitinqin əleyhinə kimi qələmə verilirdi. Ayıq ziyalılarımızla  bərabər xeyli tələbə və fəhlələrin böyük bir qrupu artıq müqəddəs məqsədlər naminə başlamış bu hərəkatın ilk günlərindəki məramını, istiqamətini dəyişdirən bədxahların əsl niyyətlərini başa düşürdülər. Necə deyərlər, zaman hər şeyi öz yerinə qoymaqda idi. Tribunadan çıxış edənlərin sayı xeyli azalmışdı. Onun qabağına yığılanların bir hissəsi camaatın içinə yayılaraq “başqa cür” fikirləşənləri təhqir edir və təzyiq göstərirdilər. Artıq çox vaxt çətində Nemətin köməyinə çatan Tofiq Fikrətin “Millət şərqisi” şeiri də əvvəlki effektini vermirdi...”

  (Davamı var)

Qeyd:

Materialda adları çəkilən şəxslərin şərhlərini dinləməyə hazırıq.

Təqdim etdi: Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri