Acqarına qəhvə qəbulu qastrit yaradırmı? Həkimdən açıqlama
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çox vaxt acqarına qəhvə içməyin mədə üçün təhlükəli olduğu deyilsə də, mütəxəssislər bu iddianın tam həqiqəti əks etdirmədiyini bildirirlər.
Oxu.Az xəbər verir ki, rusiyalı qastroenteroloq Olqa Suxaryova öz "Telegram" kanalında bu mövzuya aydınlıq gətirib.
Onun sözlərinə görə, geniş yayılmış inancın əksinə olaraq, bu vərdiş mədənin selikli qişasının zədələnməsinə və ya qastritin yaranmasına səbəb olmur. Həkim vurğulayıb ki, qastritə əsasən aşağıdakı amillər yol açır:
- Alkoqollu içkilər və siqaret;
- "Helicobacter pylori" bakteriyası;
- Ağrıkəsici preparatların mütəmadi qəbulu.
Buna baxmayaraq, həkim qəhvənin bəzi insanlar üçün fərdi yan təsirlərinin olduğunu da qeyd edib. Onun sözlərinə görə, xüsusən acqarına qəhvə qəbulu zamanı aşağıdakı hallar baş verə bilər:
Həyəcan və narahatlıq: Bəzi insanlarda daxili gərginlik hissi artır;
Həzm problemləri: Qəhvə bəzi hallarda ishala səbəb ola bilir;
Mədə qıcqırması: Kofeinin ürək (kardial) sfinkterinə rahatladıcı təsir göstərməsi nəticəsində turşu geriyə qayıda və yanğı hissi yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 03 Aprel 2026 05:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















