Acun Ilıcalı qızı Amerikada universitetdən məzun oldu Fotolar
Icma.az bildirir, Axsham.az portalına istinadən.
"TV8" kanalı və "Exxen" platformasının sahibi, iş adamı Acun Ilıcalı qızı Leyla Amerikada universitetdən məzun olub.
Axşam.az xəbər verir ki, bu barədə iş adamı özü sosial media hesabında paylaşım edib.
"Əziz qızım, elə bil dünən səni qucağıma almışdım, bu gün isə universiteti bitirməyini qeyd etdik. Təhsilin boyunca, məndən fərqli olaraq, sən atanı hər zaman möhtəşəm uğurlarınla qürurlandırdın. Dünyanın o biri başında olsaq belə, bu xoşbəxt gündə səninlə birlikdə olmaq inanılmaz dərəcədə gözəl idi. Ümid edirəm ki, balaca bacılarına da eyni sevinc qismət olar!" deyə, Ilıcalı yazıb.
Məzun günündə Leylanın anası Zeynəb və bacısı Yasəmən də iştirak edib.
Baxış sayı:137
Bu xəbər 20 May 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















