Icma.az
close
up
RU
Ad uşağa verilən ilk hədiyyədir MÜNASİBƏT BİLDİRİLDİ

Ad uşağa verilən ilk hədiyyədir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Ad uşağa verilən ilk hədiyyədir. Bu, təsadüfi bir seçim deyil, uşağa verilən ilk və bəlkə də ən mühüm sosial nəsnədir. Ad yalnız bir identifikasiya vasitəsi deyil, həm də uşağın şəxsiyyətinin formalaşmasında psixoloji və sosial rol oynayan dərin mənalı bir simvoldur". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, uşaq adı ilə sosiallaşır: "O, adı vasitəsilə çağırılır, tanınır, kimliyini anlayır və başqaları ilə münasibətlər qurur. Ad uşağın filogenetik inkişafına, yəni onun insanlıq tarixindəki yerinə və mədəni kontekstdəki kimliyinə təsir edir. Beləcə, ad həm fərdi, həm də kollektiv şüurun qurucularından birinə çevrilir. Başqa sözlə, ad təkcə bir söz deyil, güclü psixoloji təsir gücünə malik sosial koddur. Uşaq adına uyğun formalaşır. Zamanla, o ad yalnız çağırış vasitəsi olmur, bir xarakterə çevrilir. İnsan öz adına görə davranmağa başlayır, hətta bəzən adı ilə taleyi arasında görünməz bir körpü qurulur. Ona görə də adlar məzmunlu, anlamlı və məsuliyyətlə seçilmiş olmalıdır.

Əgər ad daşıdığı şəxsin şəxsiyyəti ilə uyğunlaşmırsa, bu, onun daxilində narahatlıq yaradır. Vaxt keçir, insan orta yaşa çatır və görür ki, adı onun haqqında deyil, özünü ifadə etmir. Dostlarının zarafatla düzəltdiyi ləqəblər, cəmiyyətin ironiyası, sosial dairənin münasibəti insanı adından uzaqlaşdırır. Bəzən bu o qədər güclü olur ki, o, adını və soyadını dəyişdirmək məcburiyyətində qalır, sanki özünü yenidən doğurur. Bu da onu göstərir ki, ad yalnız bir səs birləşməsi deyil. O, şəxsiyyətin daşıyıcısıdır, özünü ifadənin bir vasitəsi, sosial məkanla ilk əlaqə nöqtəsidir. Adın mənası, sədası və yüklədiyi simvolik məna insanın gələcək sosial münasibətlərində mühüm rol oynayır. Uşağa verilən ad, əslində, ona verilmiş ilk taledir.

Ad təsadüfi seçim olmamalıdır. O, sadəcə gözəl səsləndiyinə görə seçilməməlidir. Adın arxasında məna durmalıdır, mahiyyət durmalıdır, milli yaddaş dayanmalıdır.

Bəzən valideynlər serialda, filmdə eşitdikləri səslənməsi "xoş" bir adı uşağa verirlər. Amma həmin ad nə mənaca dolğundur, nə də milli dəyərlərlə bir bağ qurur. Təkcə fonetik olaraq xoş səslənən, amma boş məzmunlu adlar uşağın şəxsiyyətinə dayaq deyil, əksinə, bəzən yük olur. Çünki ad öz daşıyıcısını təsirləndirir, yönləndirir, onu özü ilə danışdırır.

Əvvəllər ad qoymaq məsuliyyətli bir proses idi. Məsələn, Azərbaycanda ad qoymaq bir növ dualı seçim idi, insanın gələcək taleyi, xarakteri, onun cəmiyyət içində necə bir şəxsiyyət olacağı nəzərə alınaraq ad seçilirdi. Xalq arasında belə deyərdilər: "Ad adamı yaşadır." Bu gün isə çox vaxt bu məna gözardı edilir. Gözəl səsləndi deyə, bir film qəhrəmanından götürülmüş ad seçilir, amma onun uşağın gələcəyində necə iz qoyacağı düşünülmür. Halbuki ad gələcəyin toxumu kimidir. Sən onu necə əkirsənsə, uşaq da o niyyətlə böyüyür. Bu səbəbdən də adlar seçilərkən onun: məzmununa (nə deməkdir?), mahiyyətinə (nə ifadə edir?), milli kimliyə bağlılığına (bizim mədəniyyətimizə aiddirmi?) xüsusi diqqət yetirilməlidir. Çünki bir gün o uşaq böyüyəcək, cəmiyyətə qarışacaq, və öz adının altında ya güclənəcək, ya da əzilib silinəcək. Biz çox zaman fərqinə varmadan uşağımıza sadəcə bir ad yox, bir kimlik, bir ideya, bir yol veririk. Ad yalnız çağırış vasitəsi deyil, həm də bir mənsubiyyət simvoludur. O, uşağın gələcəkdə necə bir şəxsiyyət daşıyacağına işarə edən ilk əlamətdir. Təəssüf ki, bir çox hallarda bu məsuliyyətli prosesə ötəri yanaşılır. Bəzən sırf dini təsirlər səbəbindən uşağa ərəb mənşəli, mənası anlaşılmayan adlar verilir. Bəzən də sadəcə trend, səslənmə gözəlliyi əsas götürülür, nə mənası araşdırılır, nə də uşağın öz cəmiyyətində necə qəbul olunacağı düşünülür. Halbuki, ad seçimində üç mühüm prinsip əsas tutulmalıdır:

1. Milli mənsubiyyət

2. Məzmunlu və mahiyyətli anlam

3. Tarixi və ya mənəvi dayaq

İslam dini gəldikdən sonra Azərbaycan adlarının kütləvi şəkildə ərəb adlarına çevrilməsi bir tarixi gerçəklikdir. Amma bu, milli kimliyin zəifləməsi demək olmamalıdır. Biz dini dəyərləri yaşada-yaşada, özümüzə aid olanı da qoruya bilərik. Bu torpağın tarixdə yazılmış saysız qəhrəmanları, alimləri, şəhidləri, öndə gedən insanları var, niyə onların adları unudulsun? Bunlar təkcə şəxslər deyil, dəyərlərin daşıyıcılarıdır. Onların adlarını yaşatmaq, tariximizi, kimliyimizi və milli yaddaşımızı yaşatmaqdır.

Bu gün biz bu mövzuda ayıq olmalıyıq. Uşağa ad qoyarkən sanki ona bir yol xəritəsi veririk. Bu yol ya onu millətinə bağlayacaq, ya da yersiz təsirlərlə özündən uzaqlaşdıracaq. Uşağa ad qoymaq sadə bir seçim deyil, bu, valideynin və cəmiyyətin ən güclü və qalıcı qərarlarından biridir. Ad təkcə çağırış vasitəsi deyil, həm də uşağın kimliyi, ictimai obrazı və psixoloji inkişafı üçün təməl daşıdır".

"Təəssüf ki, bir çox hallarda adlar düşünülmədən, mənasına, səs yükünə və ya sosial nəticələrinə fikir verilmədən seçilir. Məsələn, Gilas, Səbət, Samovar, Çaynik kimi qəribə səslənən və ya Kombayn kimi ideoloji məzmun daşıyan adlar uşağın yaşadığı cəmiyyət üçün yad və anlaşılmaz ola bilər. Bu cür adlar lağ obyektinə çevrilməyə, cəmiyyətdən təcrid olunmağa, daimi utancaqlığa və psixoloji sıxıntıya, özünü aşağı qiymətləndirməyə, kimlik pozuntusuna səbəb ola bilər. Bu artıq sadə bir məsələ deyil, uşağın gələcəyini formalaşdıran sosial travmadır və heç bir uşaq bunu daşımaq məcburiyyətində qalmamalıdır. Ona görə də, valideynlər ad seçərkən son dərəcə diqqətli və şüurlu davranmalıdırlar. Adlar tanış olmalı, milli-mədəni kontekstə uyğun seçilməli, və cəmiyyət içində qəbul edilə bilən olmalıdır. Ad şəxsiyyəti gücləndirməlidir, özü ilə barışıq yaratmalıdır, utanmaq deyil, qürur duyulacaq bir kimlik olmalıdır. Uşaqlar dil və ideologiya üzərində aparılan eksperimentlərin qurbanı olmamalıdırlar.

Bu baxımdan, ad qoyulmasına nəzarət edən qurumların, doğum qeydiyyat idarələrinin də məsuliyyəti var. Ad seçiminə qadağa yox, amma məntiqli yönləndirmə və maarifləndirmə olmalıdır. Bu, gələcəkdə uşaqların üzləşə biləcəyi sosial və psixoloji zərbələrin qarşısını almağa kömək edə bilər"-deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see315

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see297

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see296

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see245

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see213

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see212

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see210

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see208

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see206

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see206

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see204

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see202

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see200

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see198

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see186

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see182

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see178

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see178

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see169

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri