Icma.az
close
up
RU
ADA Universitetinin İxtisasartırma Proqramı Dövlət Vergi Xidməti üçün keçirdiyi təlimləri yekunlaşdırıb AZƏRTAC

ADA Universitetinin İxtisasartırma Proqramı Dövlət Vergi Xidməti üçün keçirdiyi təlimləri yekunlaşdırıb AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 yanvar, AZƏRTAC

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşlarının bilik və bacarıqlarını təkmilləşdirmək, onların əmək fəaliyyətini dövrün yeni çağırışları ilə uzlaşdırmaq üçün təşkil etdiyi “Liderliyin İnkişafı Proqramı”nı yekunlaşdırıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə ADA-da proqramın bağlanış mərasimi keçirilib, 86 iştirakçıya sertifikatları təqdim edilib.

Tədbirdə ADA Universitetindən Akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxış ediblər.

Dövlət Vergi Xidmətindən rəis müavinləri Emil Qarayev və İlkin Vəliyev, həmçinin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova fikirlərini bölüşüblər.

Çıxışçılar peşəkar mühitdə ortaya çıxan yeni tendensiyalar, idarəetmədə tətbiq edilən innovasiyalar və bunların fonunda təhsilin önəminə diqqət çəkiblər.

İctimai quruların, xüsusilə də DVX-nin insan resurslarının inkişafına verdiyi önəm, mövcud idarəetmə sisteminin daim təkmilləşdirilməsi istiqamətində atdığı addımlar müsbət hal kimi qiymətləndirilib.

Tədbir zamanı DVX-nin rəisi Orxan Nəzərlinin videomüraciəti təqdim edilib. Müraciətdə proqramın Dövlət Vergi Xidmətinin fəaliyyətinin effektiv təşkilinə verdiyi faydaları sadalanıb.

Daha sonra proqram iştirakçıları qismində Elçin Bəylərov, Səbinə Mirzəyeva, Toğrul Quliyev və Elxan Quliyev təəssüratlarını bölüşərək proqramın insan kapitalının inkişafında yeni təcrübələr, səriştələr və müasir yanaşmalar aşıladığını vurğulayıblar.

Tədbir zamanı proqramı tədris edən təlimçilərdən ADA Universiteti Fondunun Prezidenti Natiq Hacıyev və Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov peşəkar kadr potensialının gücləndirilmsində müasir bacarıqların əhəmiyyətinə toxunaraq, bu bacarıqların ümumilikdə ölkənin iqtisadi inkişafına müsbət təsirindən bəhs ediblər.

Qeyd edək ki, ötən ildən etibarən həyata keçirilən proqram 5 modul üzrə dövlət və özəl sektoru təmsil edən onadək təcrübəli ekspertlər tərəfindən tədris edilib. Həmin modullar liderlik bacarıqlarının inkişafı, komandanın səmərəli idarə edilməsi, konstruktiv rəy vermə və rəy alma, strategiyanın planlaşdırılması və icrası, dəyişikliklərin idarə edilməsi kimi aktual mövzuları əhatə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri