Icma.az
close
up
RU
ADA və UNEC niyə həmin siyahıda yoxdur? AÇIQLAMA

ADA və UNEC niyə həmin siyahıda yoxdur? AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” tərəfindən “Akademik Fənlərin Qlobal Reytinqi” dərc olunub. Azərbaycan ilk dəfə sözügedən reytinqdə riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunur. Bakı Dövlət Universiteti reytinqdə 401-500-cü, Azərbaycan Universiteti isə 301-400-cü pillələr arasında yer alıb.

Maraqlıdır, nə üçün digər nüfuzlu universitetlərimiz - ADA, UNEC və s. bu siyahıya daxil ola bilməyib?

Mövzu ilə əlaqədar təhsil eksperti Rizvan Fikrətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, müxtəlif reytinq cədvəlləri, siyahıları var və son vaxtlar bizim universitetlər də bütün bu reytinq siyahılarına daxil olmaq istəyirlər:

“Burada ilk 100-lük, 500-lük, hətta top10-luqlar da var. Təbii ki, reytinq siyahısına daxil olmaq üçün müxtəlif şərtlər var. Hər şey ondan başlayır ki, məlumatlar bazaya düzgün daxil olsun. Bazaya məlumatların daxil edilməsi dedikdə universitetdə oxuyan əcnəbi tələbələrin və müəllimlərin sayı, tələbə kontingentinə uyğun olaraq müəllim-professor heyəti, onların elmi dərəcələri, beynəlxalq jurnallarda universitetdə çalışan müəllimlərin məqalələrinin çoxluğu, bizim alimlərə edilən istinad sayı və digər göstəricilər önəm daşıyır.

Bundan başqa, universitet kampusunun olmasının burada rolu var, təəssüf ki, bizdə kampus problemi hələ də mövcuddur. Hətta universitetin öz imkanlarına, yataqxanasına və s. belə bəzən nəzər salınır. Həmçinin məzunların iş tapma imkanı, təhsil müəssisənin əmək bazarı ilə uyğunluğu da diqqətdə saxlanılır. Göstəricilər nə qədər yüksək olarsa, universitetin reytinqdə yuxarı irəliləməsinə şərait yaradır”.

Ekspertin sözlərinə görə, Azərbaycan universitetlərinin reytinqə qoşulmasının üstünlüyü odur ki, ölkə daxilində universitet arasında rəqabət yaranıb.O bildirib ki, bu, bizə çox şeylər qazandırır. Özümüzü Türkiyə, digər dünya universitetləri ilə müqayisə edirik, rəqabət aparırıq.

R.Fikrətoğlu “Şanxay reytinqi”nə güclü universitetlərin daxil olduğunu qeyd edib:

“ADA, UNEC burada yer almayıbsa, başqa reytinqlərdə yer alırlar. Hər bir halda bizim universitetlər reytinq cədvəllərində zaman-zaman yer alırlar və bu da beynəlxalq rəqabət mühiti formalaşdırır. Əsas odur ki, təşəbbüs var”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Yanvar 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri